Dünyanın bəzəyi

FAİQ QİSMƏTOĞLU
60587 | 2017-09-06 17:31

Dünyamızda o qədər gözəl,o qədər qəşəng və o qədər gözəlliklər var ki, saymaqla qurtarmaq olmaz. Əlbəttə,Allah-təala yer üzünü yaradanda ona hər cür gözəllik, füsunkarlıq vəqeyri-adi görünüş verib. Amma bu gözəllikləriniçərisində bizim fikrimizcə, insandan böyük, insandan qüdrətli və insandan gözəlheç bir şey ola bilməz. Çünki insan yer üzünün əşrəfidir. Və yer üzündə hər şeydə Allah-təala tərəfindən insanlar üçün yaradılıb. Mən bura bir fikri də əlavəetmək istəyirəm: həm də insan bu dünyanın bəzəyidir. Təbii ki, söhbət yaxşıinsanlardan və əməlisaleh adamlardan gedir...

İnsan var ki, Allah-təalaona hər şey verib: istedad bəxş edib, savad verib və bir də böyük ürək verib.Aydındır ki, bu böyük ürək də hər insanda olmur. Və Allah-təala sevdiyi insanlara bir nur bəxş edib. Həminadamların çöhrəsinə, sifətinə baxanda o nuru görmək elə də çətin deyil. Elə ki,onlarla üzləşirsən, söhbət eləyirsən, eləhəmin anda, həmin məqamda o nuru və işığı duyursan....

Mənim də ötən əsrin80-ci illərindən tanıdığım istedadlı jurnalist, yazıçı-publisist İdris Hacızadəməhz belə nurlu kişilərdəndir. O həm də Allahın sevdiyi və böyük istedad bəxş etdiyi bir ziyalıdır. Elə olduki, mən universiteti bitirib bir müddətbaşqa yerdə işləyəndən sonra yaxın dostlarım - istedadlı şairlər Vaqif Bəhmənlivə Ağacəfər Həsənli dedilər ki, sənə bəs yeni iş yeri tapmışıq. Bu iş dəBakı Radio Zavodunda çıxan çoxtirajlı"İmpuls" qəzetiydi. Qəzetinredaktoru isə İdris Hacızadə idi. O, başqa bir qəzetdə redaktor vəzifəsinə təyin edilmişdir. Mən də bir neçəgündən sonra həmin müəssisəyə getdim. Qəzetdə işləyən Elmira Salmanova iləgörüşdüm və zavodun partiya komitəsinin katibi Telman müəllimin köməkliyi ilə əmrim verildi. Bu əmrə də Telman müəllim çox çətinlikləzavodun direktoru Kamal Alışova imza atdırabilmişdi. Yəni mən İdris müəlliminişlədimiş olduğu kollektivdə fəaliyyətəbaşladım və onun necə böyük jurnalistolduğunun şahidinə çevrildim. Çünki İdris Hacızadə o qəzetdə işlədiyi dövrdəçox böyük iz qoymuşdu. Özünü istedadlı, peşəkar və təmiz bir jurnalist kimi təsdiqetmişdi. Biz də çalışırıq ki, İdris müəllimin qoyub getdiyi o ənənəni yaşadaq vədavam etdirək. Çünki müəssisədə hara gedirdiksə, kimdən yazı yazırdıqsa, İdrismüəllimi soruşurdular. Bax onda bir daha hiss etdim ki, mən necə bir vicdanlı vətəmiz adamın işlədiyi kollektivə gəlmişəm...

İdris Hacızadə göy üzükimi təmiz, bulaq suyu kimi aydın bir ziyalıdır. Bu cür adamlar və bu cürinsanlar indiki zamanda barmaqla sayıla bilər. Daha doğrusu, belə adamları gecəvaxtı böyük filosof Diogenin sözü ilədemiş olsaq, çıraqla da axtarsan tapmaq olmur.Amma nə yaxşı ki, biz İdris Hacızadənitanımışıq, yazılarını oxumuşuq və böyük səmimiyyətini görmüşük. Bəlkə də dünyada onun ən böyük var-dövləti təmizliyidir. Bundan böyük, bundan qiymətlivar-dövlət ola bilməz. Çünki indiki zamanda belə təmiz, belə sadə və belə səmimiadamlar çox azdır. Ən azından ona görə ki, İdris Hacızadə olduğu kimi görünən ziyalıdır. Onu ötən əsrin 80-ci illərində necə görmüşəmsə,indi də o cür qalıb: sadə, səmimi vəmehriban!

Sentyabrın 5-də İdris Hacızadənin 80 yaşı tamam olub. Amma heç kəs ona80 yaş verməz. Belə ki, o, yaşından çox cavan və gümrah görünür. Ona görə gümrah görünür ki, onun ürəyində heçvaxt xəbislik, paxıllıq olmayıb... ona görə şən görünür ki, onun dünya boyda ürəyivar... ona görə çöhrəsində nur varki, Allah onu çox istəyir...

İdris Hacı oğlu Məhərrəmov 1937-ci ilin sentyabrın 5-də Masallı rayonunun Boradigah kəndində (hazırda qəsəbə) kolxozçu ailəsindədünyaya göz açıb. Halal, zəhmətkeş birailədə dünyaya gələn bu insan elə ağlı kəsəndən də halal yolu seçib. Və buhalal yol da onu həmişə işığa, nura doğru aparıb. Onlar ailədə8 övlad olublar. İdris müəllimin isə həyat yolu tamamilə başqa cür yaşanıb. O, orta məktəbin VII sinfini əla qiymətləbitirəndən sonra Bakı Neft Texnikumunaimtahansız qəbul olur. Bir müddətneft mədənində operator işləyir. Sonra hərbi xidmətə yollanır. Hərbi xidmətdənqayıdandan sonra BDU-nun filologiya fakültəsinin jurnalistika şöbəsinə daxilolur. Oranı bitirib müxtəlif qəzet və jurnallarda çalışır. Uzunillər "Kino yenilikləri","İmpuls", "Məşəl", "Yeni era" qəzetlərində başredaktor, "And", "Gələcək gün", "Naxçıvan","Faktlar" qəzetlərində, eləcə də "Zəriflik" jurnalında redaktor işləyib. 2010-cu ilinavqust ayından isə Təhsil Nazirliyininorqanı olan "Təhsil" jurnalında əvvəl müxbir, sonra isə redaktor vəzifəsindəçalışır.

İdris Hacızadə gözəl jurnalist olmaqla yanaşı, istedadlı yazıçı, şair, tərcüməçidir.Onun bir-birindən gözəl mənsur və lirik şeirlərini böyük həvəslə oxumuşam. Bu mənada "İşıqlı ömür", "Qayıt, əzizim"kitabları çox maraqla oxucular tərəfindən sevilə-sevilə oxunub. Bu günlərdə isə"Dünyamızın bəzəyidir insanlar" kitabı işıq üzü görüb. Həmin kitabdada çox gözəl yazılar, portret oçerklər, məqalələr toplanıb. İdris müəllim indi daha böyük həvəslə, şövqləyazıb-yaradır. Onun "Ürək deyir yaşa hələ" kitabı öz çapını gözləyir. Yazımızın əvvəlində qeydetmişdik ki, onun böyük ürəyi var. Ürək heç vaxt yaşa baxmır. Çünki İdrisHacızadənin ürəyi cavan oğlanın ürəyi kimidir. Bu ürək yazmaqdan, yaratmaqdan heç vaxt doymur... buürək gənclik dövründəki kimi döyünür...bu ürək heç vaxt onu çətinə salmayıb... və bu ürək İdris müəllimə bu günə qədərçox sədaqətlidi... bu ürək onu 80 il yaşadır... hələ bundan sonra da nə qədəryaşadacaq, onu bir Allah bilir.

İdris müəllim Norveç dramaturquB.Byörnsonun "Redaktor" adlı pyesinin Azərbaycan dilinə çevirib. Və tərcumədə rejissorlar tərəfindən dəyərləndirilib. Bircə qalıb həmin əsərin səhnələşdirilməsi...Onun 2 övladı, 3 nəvəsi var. Allah hamısını başacan eləsin! Və İdris Hacızadəninürəyinə görə mükafatının da versin. İdris müəllim jurnalist olaraq çoxmükafatlar alıb. Amma onun Allah tərəfindən verildiyi bir mükafatı var: göy üzü kimi təmizlik! Bu təmizlik hər adamavə hər insana bəxş edilməyib... Bu, Allahın sevdiyi və seçdiyi insanlaraverilir. Bəlkə də İdris müəllimin elə ən böyük var-dövləti çöhrəsindəkinur və bir də çoxlarında olmayan saf və təmiz ürəyidir. O ürək ki, İdris müəllimibayaq dediyimiz kimi, 80 yaşın zirvəsinə çatdırıb. Bu yubiley münasibətiləustad sənətkarı - gözəl jurnalist, şair, yazıçı, publisit İdris Hacızadəni təbrikedir, ona ağrımayan bir ömürarzulayırıq. Arzulayırıq ki, ürəyi ona həmişə sədaqətli olub və bu ürək onu 100yaşın zirvəsinə çatdırsın!..

Faiq Qismətoğlu

TƏQVİM / ARXİV