AQİL ABBAS:«BAYATA» «BOYAD» DEMƏDİM, MƏN DƏDƏ QORQUD

AQİL ABBAS
68021 | 2017-09-07 13:41

(Nədənsə kəndimizəçox gec gəlirik ey!)

Boyad! Məmləkətimizdəbu adda beş kənd var: Ucarda, Şamaxıda, Neftçalada, Qubada və bizim Ağcabədidə,mənim doğulduğum kənd.

Boyad! Bu sözün mənası«köhnə» anlamında işlədilir. Əslində isə tam mənada «köhnə»ni ifadə etmir, «təzə olmayan», «dünəndən və ya srağagündən qalma» anlamını verir. Əşyalara «boyad» deyilmir: boyad maşın, boyad paltar, boyad mebel vəs. eşitməzsiniz, əsasən ərzaqla bağlı işlədilir: boyad çörək, boyad piti, boyad plovvə sair.

Kəndlərimizinadındakı «Boyad»ın dilimizdə işlənən və yuxarıda qeyd etdiyimmənaları daşıyan «boyad» kəlməsi ilə heçbir əlaqəsi yoxdur.

Bəs,niyə onda bu kəndlər Boyad adlanır?!

Əslindəbu kəndlərin adı Bayatdı. Bayat türklərin ən qədimvə ən böyük qollarından biridir ki,bu qoldan da bir neçə qollar ayrılıb.

Azərbaycandabu kəndlərin içində ən qədim tarixə malik olanı və ən böyüyü Ağcabədidəki Boyaddır və özündə beş para kəndi birləşdirir: Qaraxanlı, Hacılar (Eyvazlıvə Kolanı), Aşıqvəlilər ( Aşıq Vəli Füzulinin babasıdı), Biləğan- köhnə deyimlədesək, Boyad sovetliyi.

Bukəndin tarixi İslamdan çox-çox əvvəllərəgedib çıxır. Bunu bu kəndin tarixiniöz atalarımızın, babalarımızın əlləri məhv edib,Pənah xanın tikdirdiyi və heç bir düşmənə can verməyənBayat qalasını tarixdən silib yerində pambıqəkəndə üzə çıxan küp qəbirlər və o qəbirlərdən çıxan əşyalarda sübut edir. Bu barədə «Batmanqılınc» romanımın əvvəlindəayrıca yazmışam.

Bukənd Dədə Qorqudun, Aşıq Vəlinin, Füzulinin, Bayat Abbasın, Pənah xanın babası İbrahim Xəlil Ağanın(Şah İsmayıl dönəmində Qarabağ bəylərbəyi),Pənah xanın, bütün Cavanşir nəslinin, RəşidBehbudovun, Kərim bəy Cavanşirin (və sair və ilaxır) kəndidi. Bu barədə çox məqalələryazmışam. Körkəmli tədqiqatçı alimŞamil Cəmşidov, Əjdər Fərzəli də bunu elmi əsaslarlasübut ediblər.

Məqsədimdoğulduğum kəndi göylərə qaldırmaq deyil,başqadı. Yəni «Boyad» və «Bayat» sözləri ilə bağlıdı.

Tarixi mənbələrinheç birində «Boyad» adı keçmir.

«Məhəmməd peyğəmbər əleyhüssəlam zamanında Bayat elindən Dədə Qorqud derlər bir ər qopdu…», «FüzuliBayat elindəndi», Bayat Abbas, Bayat qalası,Bayat elləri…

HimalaydanAnadoluya, Bağdada qədər uzanan türklərin yaşadığıbütün torpaqlarda Bayat adlıkəndlər var. «Boyad» yox ha, «Bayat».

Çox qəribədir ki, yalnızŞimali Azərbaycandakı «Bayat» kəndləriBoyad adlanır. Dəqiq bilmirəm niyə. Bəlkə ruslarAzərbaycanın şimalını işğal etdikdən sonra «Bayat» dillərinəyaxşı yatmayıb ona görə sənədlərdə, xəritələşmədə «Boyad» yazıblar?! Bunu tədqiqatçılar hər haldaməndən yaxşı bilərlər, buyursunlar.

Çox qəribədir ki, mənim yaşkağızımda və 1970-ci ildə aldığımilk pasportumda da doğulduğum yer «Ağdam rayonunun Boyad kəndi» kimi qeyd edilmişdi.Halbuki Boyad Ağcabədinin kəndidir. Sonra pasportdəyişilən vaxt bu səhvi düzəltdirdim,amma «Bayat» yazdıra bilmədim. Dedilər Azərbaycanda bu addakənd yoxdu, göstərdiyim tarixi mənbəniatdılar bir kənara və yazıldı: Ağcabədi rayonu,Boyad sovetliyi, Hacılar kəndi.

Müstəqillik illərində dilimizə yamaq, xalqımıza yad, tariximizə zərbə vuranyer adları, şəhər adları dəyişdirildi:Jdanov, Puşkin, Əli Bayramlı, Mirbəşir, Xanlar, Qutqaşen, Vartaşen, Stepanakert,Martuni, Mardakert, Şaumyankənd, İliç, Prişib, Qasım İsmayılov, Dəvəçi, Nasosnu, Kirovabad, Primorsk,Mərgüşavan və sair və ilaxır.

Amma nədənsə «Boyad»unuduldu.

Onu da vurğulayımki, Möhtərəm Prezidentimiz İlham Əliyev dəfələrlə bu məsələyə xüsusi diqqət göstərib və dilimizə, xalqımıza yabançı olan yer adlarının tarixi adlarının bərpa olunması ilə bağlı öz tövsiyyələrini verib.

Möhtərəm Prezidentimizin tövsiyyələrindən yararlanaraqAğcabədi rayonunun İcra Hakimiyyətibu günlərdə çox vacib addımlar atıb. Alimlərlə,tədqiqatçılarla görüşülüb, məsləhət alınıbvə bir neçə kəndin əvvəlki adlarının bərpası ilə bağlı işləmələrəbaşlanılıb.

Və təbii ki, bu kəndlərin içində ən vacib olanı Dədə Qorqudunvə Füzulinin yurdu olan Bayat kəndininadının bərpasıdır. Artıq bu məsələhəllinin tapmaqdadır.

Yeri gəlmişkən, mən lap gənclik illərindən həm bədii əsərlərimdə, həm də publisist yazılarımda və məqalələrimdə həmişə bu kəndin adını «Bayat» yazmışam. Bizim bir çoxziyalılarımız da «Boyad» kəlməsiniişlətməyib.

Yəqin ki, Ağcabədirayonunun Boyad kəndinin Bayatla əvəzlənməsi məsələsinə Parlamentin payız sessiyasındabaxılacaq. Artıq rayon icra hakimiyyəti sənədləri Milli Məclisə təqdim etmək üçün hazırlayıb.

Yaxşı olar ki, əvvəldəadlarını çəkdiyim – Ucar, Şamaxı, Neftçala, Quba rayonlarının icra hakimiyyətləri də belə bir addımı atsınlar. Və «köhnə» sözünü kəndlərimizinüzərindən götürüb çox qədim tarixə malik ulu «Bayat» kəlməsi ilə kəndlərimizin tarixiliyinibərpa etsinlər.

Sonda. Füzulinin əslinin Ağcabədi rayonunun Bayat kəndindən olması gün işığıkimi aydındır və mübahisə etməyə də hazıram. Bir vaxtlar bu barədə rəhmətlik professor Əliyar Səfərli ilə dəmətbuatda uzun müddət mübahisəmiz olub və axırda professor mənimlə razılaşıb.

Görkəmli tarixçi-yazıçımızƏzizə Cəfərzadə (qəbri nurla dolsun) Füzulininkökünü Şamaxının Bayat kəndi ilə bağlamağa çalışdı, amma alınmadı. Böyük bir qeyrətlə də öz hesabınahəmin kənddə Füzuliyə büst də qoydurdu.Lap olsun şamaxılı, nə fərq edər. Füzuli bizimdi, bütünTürk dünyasınındı və Ağcabədinin Bayat elindənqopan bir Günəşdi.


TƏQVİM / ARXİV