adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
05 Sentyabr 2017 15:59
15451
MƏMLƏKƏT
A- A+

ƏVƏZOLUNMAZ HƏDİYYƏ

Əzizim və ədəbi-ictimai yaradıcılığınıza dərin hörmət bəslədiyim Səməndər Eyvaz oğlu Məmmədov!

Mənə göndərdiyiniz bütün kitabları sevərək oxuyur və müqəddəs bir hədiyyə kimi hifz edib saxlayıram. «Faxralılıar» kitabınız isə mənəm üçün əvəzolunmaz bir hədiyyə oldu. Siz məni bu kitabla göyün yeddinci qatına qaldırdınız. Çünki ziyalı üçün, savadlı adam üçün kitabdan qiymətli hədiyyə ola bilməz. Və elə bil ki, göyün yeddinci qatından bir səs eşitdim: - Səməndər Eyvazoğlu dövrümüzün ən fədakar, savadlı və zəngin təcrübəyə malik olan tədqiqatçılarındandır.

Şir ürəkli, şiri-nərdi Səməndər,

El üçün odda yanan səməndərdir Səməndər!

Səməndər müəllim! Allah-Təala insanları yaradanda xainləri, nankorları, mərdiməzarları…də ona görə yaradıb ki, yaxşıların qədri bilinsin. Yoxsa, yaxşı ilə pisi seçmək olmazdı. Bilirəm, sənin istedadına dodaq büzən də olacaq. Ancaq sən ruhdan düşmə. Qələmini itilə, yaz, yarat!

Tarixdə tarixi yaradan qalar,

Nadan təkəbbürlər sıradan qalar.

Atalar deyib: «Balığı at dəryaya, balıq bilməsə də, xaliq biləcək». Yenə atalar demişkən: «İt hürər, karvan keçər» və yaxud «Zər qədrini zərgər bilər».

Səməndən müəllim, yaltaqlıq olmasın, mən hər yerdə səndən söz düşəndə demişəm və ömrüm boyu deyəcəm: faxralılar heç vaxt sənin əziyyətini yaddan çıxarmamalıdılar. Çünki sən bir övlad kimi öz borcunu bu torpağa, bu yurda qaytarmağı bacarmısan!

Həmkarım, yaşca kiçik qardaşım Səməndər müəllim! Məni də bir qiyabi Faxralı vətəndaşı (nənəmə görə) hesab edib, «Faxralılar» rədifli şeirimi gələcək kitabınızın ikinci cilidində versəniz, bir əyani Faxralı vətəndaşı olaram. (bu əlbəttə bir zarafatdı)

Bir daha səni yazıçı-publisist kimi yeni dərc olunmuş «Faxralılar» kitabına görə təbrik edirəm, sənə yeni-yeni yaradıcılıq uğurları diləyirəm. Çünki sənin kimi ziyalılar bu eli, bu obanı və bu milləti işığa doğru aparır. Millət də ziyalıların arxasınca gedəndə o nura, o işığa qovuşur və daha rahat, gözəl ömür yaşayır.

Dünyamalı KƏRƏM

Gürcüstan Respublikasının Əməkdar jurnalisti, «Şöhrət» ordenli.