BU MİLLƏT ALLAHIN MÖCÜZƏSİDİ

FAİQ QİSMƏTOĞLU
63854 | 2017-09-05 15:53

Bu fikir və misraheç də mənə məxsus deyil. Bu fikir və bu misra əslən Şamaxıdan olan böyük şair QürbətƏzizə məxsusdu. O, Qürbət Əziz ki, bu şeirilə bir möhür vurub. Bu möhür də ondanibarətdir ki, millətin bütün keçmişini, bugününü və gələcəyini əks etdirib.

Bir vaxtlar böyükyazarlar Mirzə Cəlil, Əbdürrəhim bəy Haqverdiyev, Üzeyir Hacıbəyov, Ömər Faiq Nemanzadəmillətin zəif və qaranlıq tərəflərini elə hey öz yazılarında tənqid eləyirdilər. Tənqid eləyirdilər ki, bəlkəbu millət yuxudan ayıldı, silkələndi və yaxşını pisdən seçməyi bacardı. Bu böyükyazarlar nə illah eləsə də yatmış millətibir o qədər də oyada bilmədilər. Düzdür,bəziləri yuxudan durub əsnədilər, gərnəşdilər və yenidən kəlləni atıb yatdılar…

Bir də gördük ki,balam, başqa millətlər aya uçur, nə bilim,qeyri-adi kəşflər eləyir. Amma bizimkilər isə uzaqbaşı bir-birilə savaşmağı, dalaşmağıvə ayğından çəkməyi bacarırlar. Və bu gün də deyəsən bu proses elə davam eləyir.Nə qədər cəlil məmmədquluzadələr olsa da,nə qədər əbdürrəhim bəy haqverdiyevlər yazsa da, nə qədər üzeyir bəy hacıbəyovlarmilləti yuxudan oyatmaq istəsələr də yenə qəflət yuxusundayıq. Şamaxıdan olan QürbətƏziz də «bu millət Allahın möcüzəsidi» deyib onu qəflət yuxusundan oyatmaq istəyib.Ancaq millət elə ötən əsrin əvvəllərində olan millət kimidi. Hələ ondan bir az davəziyyət qəlizdi…

Bütün millətlərinçatışmayan və qüsurlu tərəfləri var. Amma bütün millətlər bizimkilərdən fərqli olaraqsağa-sola baxıb başqalarında olan yaxşı cəhətləri öyrənirlər. Bizimkilər də sağa-solabaxırlar, amma heç nə görmürlər. Addım atırlar, yıxılırlar… qaçırlar, tövşüyürlər,yatırlar, yuxudan qalxmaq istəmirlər. Elə bil hər şeydən uzaq düşüblər… elə bildünyada gedən bu işlərdən, irəliləyişlərdən, dəyişikliklərdən və inkişaflardan heçbir xəbər tutmuruq… elə bil biz yenə qış yuxusuna getmişik…

Vallah,millət deyilik e, başdan ayağa kefik. Birimizbir uğur qazananda, bir sevincimiz olanda başqasının paxıllıqdan ürəyi partlayır.Deyir ki, niyə filankəs balasına qəşəng bir toy elədi, ev aldı? Bu paxıllıq ki, var onu heç vaxt müalicə eləmək olmur…o paxıllıq ki, var düz ölənə qədər adamın canından çıxmır… bu paxıllıq ki, var qozbeliqəbir düzəltsə də, heç onu qəbir də düzəltmir…

Başqamillətlər bayramlarda, xoş günlərdə hər şeyin qiymətini aşağı salır. Aşağı salırki, qoy kasıblar da bayram günlərində süfrə açıb balalarını sevindirsinlər. Ammabiz neyləyirik?! Biz isə bayram günlərində hər şeyin qiymətini iki-üç qat artırırıq.İnanmırısınız, Qurban bayramı gününü yada salın! Bir çox işbazlar həmin günü səbirsizliklə gözləyirdilər. Çünkiucuz qiymətə mal-qoyun alıb bazara çıxarmışdılar. Yaxşı da pul qazandılar. Amma sizi bilmirəm, bu bayram günündə mənsevinmədim. Ən azından ona görə ki, qonşuluğumdakı kasıb insanların üzlərinin güldüyünügörmədim. Heç onları imkanlı adamlar da yada salıb bu bayram günündə bir pay qurbanlıqət də göndərmədilər. Hansı ki, aldığımız məlumata görə, Bakı şəhərində minlərləqurbanlıq qoyun kəsilib. Onlar kimə paylanıb? Kimlərə verilib? Onu paylayanlar bilir,bir də o payı alanlar…

Həmin günlər internetdəçox maraqlı bir görüntüyə baxdım. Görüntü İstanbulda çəkilmişdi. Bir varlı iş adamımeyvə-tərəvəz bazarına girir, bazarın sahibiilə danışır, hər şeyin qiymətini öyrənib satılan məhsulların hamısının pulunuödəyir. Deyir ki, burda nə qədər məhsul var, onu kasıb adamlara paylayın. Amma mənimadımı heç kəsə deməyin. Kasıb adamlar da bazara girib mal alanda sevincindən gözləridolur. Bütün kasıblar həmin günü qarpız,yemiş, pomidor, xiyar, badımcan və mer-meyvə alaraq evlərinə qayıdırlar. Bundanböyük savab iş ola bilər? Adını deməyən həmin iş adamın yeri cənnətlikdir.

Bəs bizim imkanlı adamlarımız bu cür addımı niyə atmır?Hansı ki, bizdə də kifayət qədər belə imkanlı adamlar var. Ona görə atmır ki, bizimkilərancaq özləri haqqında, balaları haqqında, qohum-əqrabası haqqında düşünür. Nə vaxtaqədər ki, biz özümüz barəsində, qohum-əqrabamız haqqında düşünəcəyik və həmişə dəbax, beləcə yerimizdə sayacağıq. Böyük şair Qürbət Əziz çox gözəl deyib: «Bu millətAllahın möcüzəsidi…»



TƏQVİM / ARXİV