adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7

Qazaxda necə buddist oldum?

OĞUZ AYVAZ
37104 | 2017-09-05 15:24

Bakıda göydən od yağmağabaşladığı günlərdə şəhərdən qaçmağa qərar verdik. Axşam çantalarımızıhazırlayıb düşdük istidən buxarlanan küçələrin canına. Səfərimiz qatarlaolacaqdı. Uşaq yaşlarımdan qatarla uzaqlara getməyi xoşlamışam. Qatarıntaqqa-taraq səsi qəsəbələri, ağacları səndən getdikcə uzaqlaşdırır, qaranlığınbətnində yoxa çıxardır…


Həyat yoldaşım, qardaşımlabirgə idik. Dənizlə mən gecə yarısına kimi qatarın dəhlizindəki pəncərədənboylanırdıq. Gördüyümüz ala-qaranlıq, boz rənglər film kadrı kimi tez-tezötüb-keçirdi. Səkilərdə işıq dirəkləri gördükcə fit səsləri boş dəhlizəyayılırdı. Adamların hamısı yatırdı. Xəfif xorultular da qatarın bəstələdiyimusiqi səsinə qarışırdı…


Dənizin yuxusu gözündəntökülürdü. Yerinə gedib yuxuya tilov atdı. Mənsə hələ də pəncərədən hərəkətdəolan həyata tamaşa edirdim.

Səhər günəşin işıqları gözümüqamaşdırdı. Gözümü ovuşdura-ovuşdura ayaqlandım. Kupedəkilər yuxunun sondayanacağındaydılar. Əlimi əlimə vurub, "Qalxın çatırıq” deyə qışqırdım.Səhərlər qışqırmaq, bağırmaq adətimdir. Bağırmasam ayıla bilmirəm. Xasiyyətimbatmasın. Camaat mənə bir xeyli dəli kimi baxdı...

Bələdçinin səsi qatarındəhlizlərində gəzişirdi: Qazaxa çatırıq! Vağzalda bizi gənc yazar Hikmət Orhunqarşıladı. Mədəniyyətin beşiyi Qazaxda da bürkü idi. Şəhərin mərkəzi tərəfitünlük görünürdü. Yaxınlıqdakı Mütəfəkkirlər parkında bir neçə çayxana vardı.Qocalar, cavanlar domino, nərd oynayırdılar. Çay içəni, siqareti-siqaretəcalayanı, deyinəni, söhbətləşəni kim. Hikmətdən soruşuram bu qocalar necədəşirindilər. O isə əlini havada yellədib dillənir:

- Ayə, bunlar səhər, axşamburda oturub keçmişdən danışırlar. Bir günorta yeməyi üçün evlərinə gedirlər.

Çayımızı içib düşdük şəhərincanına. Bakıdakı bürkü Qazaxa transfer olunmuşdu. Paltarımız bədənimizəyapışır, tez-tez alnımızın tərini silirdik.


Qazax Müəllimlər Seminariyasıtərəfə üz tuturuq. Qeyd edim ki, 19-cu yüzilin axırları, 20-ci yüzilinəvvəllərində Azərbaycanda milli təhsilin əsaslarının yaranmasında QoriMüəllimlər Seminariyasının yetişdirdiyi kadrların əvəzsiz rolu olub. QoriMüəllimlər Seminariyası fəaliyyət göstərdiyi 42 il ərzində 250 müəllimhazırlayıb. Bu məzunlar arasında Üzeyir Hacıbəyov, Müslüm Maqomayev, Firidunbəy Köçərli, Ə.Seyidov, S.Vəlibəyov, Teymur bəy Bayraməlibəyov, Y.Qasımov,M.Ə.Xələfov və başqa onlarla böyük şəxsiyyətlər olub. Dəyərli təhsil ocağınınqarşısında bir neçə foto çəkdirib, yolumuza davam etdik.

İstilərədözməyib, qərara gəldik ki, göl tapıb çimək. Çaylı kəndinə üz tutduq. Təpələrinətəyində balaca bir meşəlik gözə çarpırdı. Günəş gözümüzü deşir, sudasərinləməyə tələsirdik. Ağacları, kolları keçib gəldik şırhaşır axan çaya. Gününqızmar vaxtı, buz kimi su. Paltarlarımızı dəyişib suya atıldıq. İlk öncə üşütməkeçdi canımızdan, sonra isə ilıq sərinlik gəldi. Gözümüzü yumub suyun üzərinəuzandıq, düşüncələrimizi qəfəsdən uçurtduq. İlahi, əsl hüzur bu idi? Yoxsaruhumuzun qanad çırpmağımı idi?

Suyunüzərində buddistlər kimi oturub, gözlərimizi yumduq. Bu an heç nə düşünməməliydik. Biz niravanada olaq, sizlər buddanın bir əhavaltına nəzər yetirin:


Bir dəfə səhər tezdən bir nəfər Buddadan Tanrının olub olmadığını soruşur. Budda sakitcə:
- Tanrı yoxdur, heç vaxt da olmayıb. Belə axmaq fikirləri başından çıxar, deyir.
Günorta bir başqası yaxınlaşıb soruşur:
- Tanrı varmı?
Budda cavab verir:
- Tanrı var, həmişə də olub. Axtar tapacaqsan.
Axşam bir başqası yaxınlaşıb eyni sualı verir. Budda təmkinlə adamdan yanında oturmasını xahiş edir. Hər ikisi gözlərini yumur və susurlar. Bir neçə saatdan sonra o şəxs Buddaya təşəkkür edib gedir.
Şagirdlərindən biri Buddaya yaxınlaşıb heç bir şey anlamadığını bildirir. Onda Budda deyir:
- Birinci şəxs Tanrıya inanırdı. Sadəcə öz inancını təsdiq etdirmək istəyirdi. Ancaq bütün inanclarda səhvlər var. İkinci şəxs Tanrıya inanmırdı. O da öz inancının təsdiqini istəyirdi. Üçüncü şəxs isə Tanrını axtarırdı. O istəyirdi ki, mən ona Tanrını anladım. Mən isə sadəcə ondan yanımda oturmasını xahiş etdim. Və heç bir şey baş vermədi.

Budda Tanrıya inanırdı. Tanrının var olduğunu da hər kəsdən yaxşı bilirdi. Amma o heç kimə Tanrını nişan verib göstərmirdi. Heç kimə də Tanrının adından vədlər vermirdi. O hansısa möcüzə ilə də özünü isbatlamağa cəhd etmirdi. O sadəcə Tanrıya gedən yolu göstərirdi. Kimin bu yolu gedib getməməsi isə şəxsin özündən asılıdı.

Əslində bu prinsip qanunauyğunluqdu. Tanrı hər kəsi faili-muxtar yaratdığı üçün seçmək imkanını da elə insanın özünə vermişdi. İnsanın bütün iztirabları da məhz seçmək imkanlarına sahib olmasından yaranırdı. Amma ədalətli olanda bu idi. Ona görə də Budda heç kimə Tanrını nişan vermir və onun adından yararlanmırdı. Hər kəs Tanrını özü tapmalı və ona qovuşmalıydı. 


Meditasiya etməyə çalışdığım an həşəratlarçılpaq qollarımdan dişləyir, nirvanaya çatmaq arzumu ürəyimdə qoyurdu. Gözümü açanda hər yer ağappaq rəngə boyanmış, sanki nağıllar aləminə düşmüşdüm. Buna görə, günəşə xüsusi təşəkkür də etdim!

Göyüzü, isti hava, axar su, yamyaşıl ağaclar, balıq qoxusu, çəyirtəkələr bütünbunlar həyatı olduğu kimi bütöv, möhtəşəm göstərirdi...

Qazaxınküçələrindəyik. Qədim bir evin yanından keçirik. Qardaşımla futbol haqqındamübahisəmiz düşür. Çinar ağacının yanında dayanır. Deyirəm, əgər dediyim doğruçıxsa başına daş düşsün. Qəfil çinarın budağı qırılıb qardaşımın başına düşür.Hamımız şaqqanaq çəkib gülürük. Göyə baxıb, Tanrıya dodaqaltı pıçıldayıram: yaxşıki, daş düşmədi!


İstilərin əlindən Qazaxdan daqaçmalı oluruq. Növbəti stansiyamız Gəncədir. Gəncədə də heç bir tanışımızyoxdu. Sadəcə macəra axtarmaq üçün çantalarımızı belimizə bərkidirik. Ancaq sənsaydığını say gör istilər nə deyir?! Gəncədəki isti daha da betər, daha dadözülməz idi. Guya buranın da görməli yerlərini gəzəcəkdik. Ayaqlarımız istilərədözə bilmirdi. Günümüzü bada verməmək üçün fikrimizi dəyişdik. Şəkiyə gedək!Ora mütləq ki, sərin olacaq! Hələ yağış da yağacaq! İslanıb, üşüyəcək,bir-birimizi qucaqlayacağıq!

ardı olacaq…

TƏQVİM / ARXİV