Aqil ABBAS:SÖYÜŞÜ SÖYƏNLƏ ÇATDIRAN ƏLLİ-ƏLLİYƏDİ

AQİL ABBAS
61633 | 2017-09-06 10:00

«Moderator.az» saytında Tahir Cəfərli adlı birininmüsahibəsini oxudum. Və dostum, həmyerlim,qələminə və özünə böyük hörmətim olan Zülfüqarbəyin saytında belə bir müsahibənin dərcolunmasına çox təəssüfləndim. Özü də o Zülfüqar bəyin ki bütün qarabağlılar kimi yurd-yuvasını erməni-rus birləşmələri viran qoyub. Bütün qarabağlılarkimi nəsil-nəcabətinin sağ qalanları diyarbaydiyarolub. Ölənlərinin sümükləri isə qəbirdə sızlayır.

Əmioğlu, bunu kim dərc etsəydi də gərək sən dərc etməyəydin.Sənin, mənim, bizim babalarımızın, dədələrimizin, yeddi arxa dönənimizin, millətimizin,bu millətin görkəmli şəxsiyyətlərinin, tariximizin sənin saytında təhqir olunmasına gərək yol verməyəydin.

Oğluna babaları kimi at çapmağıöyrədirdin, mən də qürur hissi ilə kənardan seyr edirdim. Atın yalmanına yatıb atçapmağa çalışan o gül balanın babalarını, babalarımızı təhqir edəni, «biqeyrət»adlandıranı niyə qoyursan sənin saytında«at çapsın»?!

Qəribədir ki, müsahibəni alan yuxarıdasaydığım faciələrin içində boğulan, çəkdiyi Qarabağsızlıqağrısından hələ üzününgüldüyünü görən olmayan, istedadlı jurnalistSultan Laçındır! Qardaşım, sən onuyerində oturtmalıydın! Və yenə təəssüf!

Eşitdim ki, tarixinəlifbasını bilməyən bu adam hansısauniversitetdə müəllim işləyir, övladlarımıza dərs deyir.

O, tələbələrinə beləmivətənpərvərlik öyrədir, millətimizə,tariximizə, xalqın görkəmli şəxsiyyətlərinə beləmi sevgi aşılayır?! Biz universitetdə oxuyanda belə müəllimlərimizolmayıb, olsa onu auditoriyaya buraxmazdıq,haqqında tədbir görülməsi üçün rektorluğun qarşısındaməsələ qaldırardıq.

Tarixin əlifbasınıbelə bilməyən bu adam doğrudanmı tarixdən bu qədər bilgisiz ola-ola universitetdə dərs deyir?!

Cild-cild tarixikitabları demirəm, heç əl boyda «Qarabağnamə»ləridə oxumayıb. Qarabağ və Qarabağ tarixi haqqında orta məktəbşagirdləri qədər də məlumata malik deyil. Bu adam heç 260-280 il qabaq bulaq suyu kimi təmiz və dadlı dilimizdə şeirlər yazan, ədəbiyyatımıza yeni nəfəs və yön gətirən dahi şairVaqifi də doğru-düzgün tanımır. Qacarıkimlərin öldürdüyündən də xəbərsizdir. Və sair və ilaxır, amma çəkinmədən tariximizə dil uzadır.

Mən daha ciddi bircavab verməyə hazırlaşırdım. Amma elə «Moderator.az»da İlham İsmayılınçox mükəmməl bir cavabını oxudum,mənim demək istədiklərimdən də artıq və məntiqli bir cavab! Ona görə mən öz cavabımı saxladım və İlham bəyin həmin cavabını çap etməyəqərar verdim. Bu nömrəmizdə oxuyabilərsiz.

Sonda. Bəzi hörmətetdiyim saytlarda belə səviyyəsiz adamlarınpalaz-palaz səviyyəsiz yazıları tirajlanır.Deyirsən belə olmaz, cavab verirlər ki, müzakirəüçün dərc edirik, sonra onlara verilən cavabları da sayta qoyuruq. Əladı, hə!

Və unudurlar ki,söyüşü söyənlə onu çatdıran həmin söyüşə əlli-əlliyə şərikdi.

Aypi üçünmü? Reytinqüçünmü? Zülfüqar bəy, sənin saytının beləbir reytinqə ehtiyacı varmı?

«Moderator.az»ınreytinqi onsuz da yüksəkdir!


TƏQVİM / ARXİV