adalet.az header logo
  • Bakı 18°C
04 Sentyabr 2017 17:00
8414
SAĞLAMLIQ
A- A+

Soyuq havalarda dərinizə belə qulluq edin

Üz dərisi soyuq havalarda daha çox baxım tələb edir. Qarşıdan soyuq havalar gəldiyinə görə təbii maskalardan istifadə etmək daha məsləhətlidir.

Adalet.az xarici KİV-ə istinadən soyuq havada dərinizi təmizləyəcək maska təqdim edir:

3 xörək qaşığı mannı yarması, 1 xörək qaşığı avokado yağı və 4 damcı efir yağını birlikdə yaxşıca qarışdırın. Əgər kütlə qatı alınarsa, bir az ilıq süd əlavə edin. Üzünüzə çəkib, 20 dəqiqə saxlayın. Sonra isti su ilə yuyub, üz kremi çəkin.

Bu maska dərini üzdəki makiyajın qalıqlarından, hava çirklənməsindən təmizləyəcək.