BİR SENTYABRIN SÜRÜŞMƏSİ

ƏBÜLFƏT MƏDƏTOĞLU
67613 | 2017-08-31 17:33

Yazmaq istədiyim, alınmayan bayram ovqatlı yazı

Çoxdandı Molla Pənaharəhmət oxumurdum. Başım qarışmışdı öz dərdlərimə, öz problemlərimə. Amma indi həyatınaxarı, günün ovqatı, bir də içində olduğumuz durum məni məcbur edir 300 il bundanöncə yaşamış Molla Pənah Vaqifin ruhuna bir rəhmət oxuyum, bir salavat çevirim.Düzdü, ondan gətirəcəyim sitat tamam fərqli ovqatla, fərqli niyyətlə və fərqli birbayram üçün yazılıb. Amma nə fərqi var ki, bayram bayramdı da. Doğrudu, hərdən deyirlərki, kasıbın süfrəsində nə vaxt ruzi oldu, həmin gün onun üçün bayramdı. Amma birel qınağı da var də. Əgər məmləkətdə, məhəllədə,divar qonşunda hamı bayram ovqatı yaşayırsa, hamı bayramdan danışırsa, kasıb daheç olmasa üz-gözünə iynə ucu boyda bayram təbəssümü çəkməlidi. Ən azından evdəkicocuqların xatirinə. Nə isə...

Qayıdıram yenə MollaPənaha tərəf və təkrar bir salavat çevirib xatırlayıram məşhur misrasını:

Bayramoldu heç bilmirəm

neyləyim...

Şeirinardını yazmıram, istəsəniz zəhmət çəkib, axtarıb, tapıb oxuyarsınız. İstəməsəniz,yenə canınız sağ olsun. Yəni bu şeirsiz də bayram keçirmək olar. Amma baxır necədə. Biri var qurban kəsməyə, qurban əti almağa, qurban bayramı süfrəsi açmağa imkanın,həvəsin ola, biri də var bunu ancaq xəyal edəsən... Və nəhayət, lap biri də varki, o da gözlərini yummaq, qulaqlarını qapamaqdı ki, unudasan bu bayram deyiləni,bu bayram ovqatını, bu bayram gününü!..

Eh,unut görüm unuda bilirsənmi?! Sən unutsan daevdəki oğul-uşaq, nəvə və bir də məhəllənin yuxarı başında, özü də yolunsağında və solunda üzü qibləyə kəsilən, alnına qırmızı rəng vurulmuş qoyunların,quzular mələrtisi unutmağa imkan verməyəcək... Nə isə...

Bəli, sentyabrınilk günü indi mənim yaddaşımda Qurban bayramı kimi naxışlanır. Amma 1966-cı ildəilk dəfə yaddaşıma 1 sentyabr dərs ilinin başlanğıcı kimi yazıldı. Məhz həmin günəlimdən tutub məni məktəb aparan nənəmin arxasında gizlənməyə çalışırdım. Çünkionda məktəb də, müəllimdə başqa bir dünya idi. adama elə gəlirdi ki, möcüzələr,sirlər dünyasına qədəm qoyur. Çünki özümüzdən böyüklər məktəbdən, müəllimdən eləhəvəslə danışırdılar ki, ürəyimiz atlanırdı. Müəllimi yolda görəndə tez istiqamətlərinidəyişirdilər... papaqlarını başlarından götürürdülər... müəllimin çörək yediyinəkimsə inanmırdı... müəllimin siqaret çəkdiyini kimsə görmürdü... təbii ki, söhbətşagirddən gedir... Burda ürəyimdən məşhur tamaşalarımızdan biri olan "Evləriköndələn yar"da Şakir Şəkəroviçin dediyi cümləsi gəlib keçir:

- Eh, keçən günlər,keçən günlər!

Doğurdan da keçəngünlərin acılı-şirinli xatirələri hərdən mənə, daha doğrusu, ümidlərimə yavanlıqolur. Elə bilirəm ki, həmin o xatirələr bir loxma quru çörəyimin üstündəki şordu,pendirdi. Və beləcə, özümü ovuduram, başımı qatıram. Neyləyim, mən də həyatın buüzündə dayanıb o biri üzünü haqq edənlər üçün sevirəm, arzulayıram. Özü də ürəyimə,fikrimə paxıllıq deyiləni gətirmədən. Axı nə olur-olsun, hər kəs öz çörəyini yeyir.Bəzən deyirlər ki, "səni çörək tapmayasan". Bu qarğışı edənlər unudurki, çörəyi tapmaq kimi bir düşüncə yanlışdır. Çörəyi ya qazanırlar, ya da o qazancaAllah şərait yaradır, qapı açır, dəstək yaradır, başqa heç nə. Başqaları Allahınhökmünü müəyyən mənada gerçəkləşdirməkdə vasitəçilik edir. Qalanlar isə Allahlabəndə arasında olur. Bax, bu günün özündə də hər an xatırladığım, yazı-pozu dünyamdaözəl izləri olan rəhmətlik, ilk redaktorum Əlisəfa Məmmədov, mənə söz dünyasındadəstək vermiş rəhmətlik Hüseyn Arif, Əlfi Qasımov, unudulmaz Nüsrət Kəsəmənli, həyatımaişıq salmış Nəriman Zeynalov... Mən bu insanları qələmlə qazandığım çörəyimin xeyir-duaçılarısayıram. Yəni Allahım onları mənim qarşıma çıxarmaqla mənə yardımçılar, himayədarlar,qayğımı çəkənlər timsallı kişilərin mövcudluğunu da göstərdi, sübut etdi...

İndi öz-özümə fikirləşirəm.Görəsən, Qurban bayramı bu il sentyabr ayının 1-nə düşməsəydi, onun nə vaxtsa dərsilinin başlanğıcı olduğunu kimsə xatırlayaqdımı?! Burda söhbət mənim, sizin dövrünüzdən,birgə təhsil aldığınız həmyaşıdlarınızdan getmir. Söhbət ümumiyyətlə, tarixin bəzənlüzumsuz yerə dəyişdirilməsindən, onun unudulmasına cəhd, maraq göstərməsindən gedir.Axı, sentyabrın 1-ni sentyabrın 15 ilə əvəz etmək nəyi dəyişdi ki? Təhsildə hansıinqilab etdi? Bəlkə doğrudan nəsə dəyişib, mənim xəbərim yoxdu. Sağda, solda, yuxarıda,aşağıda nə dəyişir dəyişsin, mənim üçün dəyişməyən bir şey var - o da təhsilin özüdü,o da məktəbin özüdü, o da tədris olunan elmdi, bilikdi, əxlaqdı. Çox təəssüf ki,son illərdə bu sahədə heç də hər şey yerli-yerində deyil. Əksinə, yerində olanlarda indi yerindən sürüşdürülüb, oynadılıb. Hələ nə qədər də sürüşdürülüb oynadılacaq.Deməli, düşünməli, halına acımalı məsələlər qalmaqda davam edir. Ona görə də mənkəsilən qurbanların qəbul olunması istəyi ilə, ricası ilə Allahıma üz tutub deməkistəyirəm ki, yaxşı ki, xatirələr var... yaxşı ki, o xatirələr bizi dünənə bağlayırvə o dünəndə biz, yəni Sən və mən də varıq. Ona görə də yenə üzümü Sənə tuturam:


Çətindi tək qalmaq,tək də oturmaq

Xəyal kömək etmir,şəkilsə susur...

Sevginin işidi ümidgətirmək -

Vəkilim ürəkdi!- vəkilsə susur...


Dolur gözlərimə ulduzsuzgecə

Barmaq arasında tütünközərir...

Sanki sıxışdırıbməni bir küncə -

Tənhalıq sonuncugücün göstərir...


Bir boşluq içindəqalmışam yəni

Nə əlim əldədi, nəözüm yerdə...

Bircətelinə də saymırsan məni -

Bəsonda mən necə de, dözüm yerdə?!


***

Hərdəfə yazı masasına və yaxud da bilgisayara yaxınlaşanda elə bilirəm ki, yazacağımbu yazı həyatımda nəyisə dəyişəcək, hansısa bir iz qoyacaq. Üstəlik, onu da fikirləşirəmki, bu yazı yəqin ki, kimlərəsə, oxucuya da iynə ucu təsəlli olacaq və yaxud nəyisəxatırladacaq. Bax, bu inamla yazıdığım bütün yazılarımın mənim həyatımda nəyi dəyişdiyinigörürəm. Duyuram, daha doğrusu, onu yaşayıram. Yəni yazılarım bir anlıq da olsamənə rahatlıq gətirir, ürəyim boşalır və onun bir anlıq dinclik tapması bütün varlığıma,hətta ruhuma da sanki su çiləyir. Bunu yaşadığımdan məmnun qalıram. Amma oxucularımbarəsində bircə onu deyə bilərəm ki, ara-sıragələn telefon zəngləri və bir də internetdə yazdıqları 2-3 sözlük münasibətləriməndə illərdən bəri tutduğum yola daha sadiq olmaq istəyimi formalaşdırır. Bir az da aydın ifadə eləsəm, bir-iki oxucu münasibətiməni yazmağa həvəsləndirən amillərdən biriolur. Və bugünkü yazım bayram ovqatlı olmasada, amma xatirə yaddaşına qığılcım salacaq bir istəyin ifadəsidir. İndi kimin yaddaşınaqığılcım düşəcək, bilmirəm, o tamam fərqli bir mövzudu. Mən isə elə bu qığılcımınalova çevrilməsini gözləmədən həyatın yaşantılarını sıraya düzməyə, növbələşdirməyəçalışıram. Təbii ki, bu çalışmaq sözünü, fikrini bu yerdə mən məcazi mənada işlədirəm.Ona görə ki, nə gücüm həmin o xatirələrini danışdığım gücün eynidi, nə imkanım,nə də heç zaman da o zaman deyil. Ona görə də siz də çox dərinə getməyin. Və birdə özünüz yəqin ki, oxuyub eşitmiş olarsınız. Axı hərdən deyirlər, "inanmaşair sözünə". Bax, bu da belə, mən özümü sığortaladım. Siz isə...

Tamsəmimi deyəcəm. Yazının bu nöqtəyə qədər olan hissəsini başqa bir ovqatla yazmağaköklənmişdim. Və elə həmin ovqatla da yazırdım. Sonra telefonuma zəng gəldi... sonraxəstəxanaya qaçdım... sonra bu qəzetdə hamıdan çox yük çəkən bilgisayar mərkəzininsahiblərindən olan (bu sözü xüsusi vurğulayıram. Çünki onunla nə gənclik, nə qocalıqdilində danışmaq olmur. Onunla danışmaq üçün sadəcə işini görməlisən və bir də sıranıpozmamalısan. Yoxsa vəziyyət qarışacaq. Ona görə də Şamxal bəyin adını ehtiyatlaçəkirəm - Ə.M.) Şəxsiyyətin hüzuruna getdim. Birlikdə bu sayın səhifələrini nizamasaldıq. Deməli, ötüb keçən bu iki-üç saatdan sonra yenidən qayıtdım bilgisayar arxasındaəyləşib üz-gözündən yorğunluq və əsəb tökülən, aradabir də gözünün ucu ilə saatabaxan Gülər xanımın hüzuruna... Başa düşdüm ki, Gülər xanımı əvvəlki ovqata gətirməküçün mütləq sözümə, dilimə ən azından İsmayıllı balı qatmalıyam. Ona görə də başladımbir sevgi şeiri oxumağa:


Arxamcasu atırsan

Kirpiyininucuyla...

Necəayrılıb gedim -

Söylə,mən bu acıyla...


Ürəyimparalanır

Fikrimqalır yanında...

Əlim,gözüm axtarır -

Sənihər bir anımda!..


Kirpiyininnəmini

Təbəssümünləqurut!

Ayrılıqkəlməsini -

Sənbir dəfəlik unut!..


Təbiiki, bu sevgi şeirindən sonra Gülərin də, mənim də ovqatımda azacıq dəyişiklik başverdi. Hiss etdim ki, məni sözəbağışladı. İndi o artıq əvvəlki halına qayıtmışdı, elə mən də!..

Hə, sabah Qurbanbayramıdı. Təbii ki, bu sözü ilk çalarını, ilk istiliyni biz anamızın dilindən eşitmişik.Analarımız övladlarına "qurban olum" söyləyib, "boyuna qurban"deyib. Zaman keçdikcə biz bu sözün digərlaylarına da baş vurmuşuq, qatlarını vərəqləmişik. Biz də sevdiklərimizə, sevənlərimizəözümüzü qurban demişik. Ən vacib məqamda isə özümüzü də, övladımızı da, malımızı-mülkümüzüdə Vətənə qurban söyləmişik.

Mənbu yerdə müqəddəs bayramlardan olan Qurban bayramına toxunmuram. Onun mahiyyətidə, onun inancı da və nəhayət, onun bağışladığı gerçəkliklər də mənə məlumdu, az-çoxbilirəm. Sadəcə, bugünkü bayramı qarşılamaq, onun nurunu, bərəkətini, halallığını,dünyamıza, eləcə də ailəmizə bağışlamaq gücümün olmaması məni sıxır. Və bu sıxıntıiçərisində qəlbən, ruhən ağrısam da, ümidimiitirmirəm. Düşünürəm ki, nə vaxtsa bizim də məhəllədə toy olacaq, nə vaxtsa bizdə o hikmətlərdən, o inanclardan yararlanacağıq. Ona qədər isə içimdən gəlib keçənmisraları sizə söyləmək istəyirəm.


Hələdə güc gəlir, hələ də ütür

Günlərin,ayların istisi məni...

Əlimdənözün tut - sən özün ötür -

Qoymakor eləsin tüstüsü məni!..


Sevgixəstəsiyəm, Məcnun hallıyam

Bilinmirsabaha qalıb, qalmayam?!

Hərgün bu quyuya kəndir sallayam -

Hərgün də incidə "bəsdi!"si məni!..


Həsrətəlindədi hələ də yaxam

Buludlaağlayam, şimşəklə çaxam...

Gözüyləboylanam, gözüylə baxam -

Yaşadabu kəsmət kəsdisi məni!..


Fırlanırtaleyim fələk pərində

Yaramgörünmür ki?! - yaram dərində...

Köçürədünyadan günün birində -

DədəSüleymanın "Dəşti"si məni!..


Bəli,elə bu bayram ovqatına yaraşmayan, amma öz içimdə, öz dünyamda özümü qurban dediyimhər kəsə və dəyərli oxuculara "bayramınız mübarək!", "qurbanlarınızqəbul olunsun!" deyirəm.


TƏQVİM / ARXİV