ÖLÜMSÜZLÜYÜN ÜNVANI

ƏBÜLFƏT MƏDƏTOĞLU
50577 | 2017-08-30 16:55

ŞəhidlərXiyabanında etdiyimiz söhbət

(əvvəli ötənsayımızda)

... Bəli, onda1992-ci ilin avqustu idi... Onda Aslan dördüncü kurs tələbəsi olmasınabaxmayaraq hərbi həkim kimi odun-alovun içində səngər dostlarının, səngər qardaşlarınınköməyinə tələsirdi. Bəzən yaralı döyüşçüləri sakitləşdirmək üçün onların başınısinəsinə sıxır, onların qanına bələnirdi. Bəzən də dözməyib əlini silahaatırdı. Bax belə bir məqamda onu səngərdən qərargaha çağırdılar, özü də təciligəlməsini əmr etdilər.

Gəldi. Özünü təqdimetdi. Komandironun üzünə baxmadan bircə kəlmə dedi:

-Abdullayev, təcili Bakıya getməlisən!

Aslançaşıb qaldı. Döyüşün bu ağır məqamında, hər tərəfin qana boyandığı bu durumda, əlavəköməyə ehtiyac olduğu halda Bakıya getmək hardan çıxdı ortalığa. Bu nə məsələdi?Hərbçi olduğunu unudub etiraz etmək istədi. Komandir bir az da qətiyyətlə:

-Yaxşıyol, gecikmə! - dedi.

Gəncəyəgəldi. Burdakı qərargahda hər şeyi anladı. Qardaşı Şövqiyar şəhid olmuşdu.

Ürəyisıxılıb, içi ağlasa da, təmkinli durdu. Çünki, o, kifayət qədər şəhid görmüşdü.O, əlləri ilə şəhid yarası bağlamışdı, yaralının mərmi qoparan əlini, qolunusarımışdı. Ovcunun içiylə şəhidgözləri qapatmışdı. Amma indi başqa idi,söhbət canı-qanı bir olan qardaşından gedirdi. Ona görə də həyat onun üçün biranlıq dondu və bu günə qədər də həmin o xəbərin ürəyindəki yeri donmuş, keyimişvəziyyətdə qalır. O, hələ də qardaşının şəhid olmasına inanmır. Elə GəncədənBakıya yola düşəndə də, evlərinə tələsəndə də, Şəhidlər Xiyabanına gələndə dəqardaşının yoxluğuna inanmadı. Ona görə ki, Şəhidlər Xiyabanında burdayatanlardan hansınınsa öldüyünü düşünməyin özü günahdı. Çünki bura ölümsüzlükünvanıdı. Bu xiyabanda Allahın öz dərgahına apardığı, öz sevgisiylə yaşatdığı şəhidlərincisimləri torpağa tapşırılıb...

Şəxsən mən hər dəfəŞəhidlər Xiyabanına gələndə bilirəm ki, təkcə ziyarətə yox, həm də milyonlarladiridən diri olan ruhlarla söhbət etməyə gəlirəm. O ruhlarla ki, onlardoğulduqları ocaqların, iməklədikləri torpağın və qanlarına hopdurduqları Vətəningöylərində dayanmaqla hər şeyi görür, hər şeyi eşidir və yaşayırlar. Onlar birocaqdan, bir evdən çıxıb, bir məmləkətə, bir xalqa aid olduqlarını səssiz,sözsüz ifadə edirlər. Hətta mən hələ müharibənin daş dövründə yazmışdım ki:

Müharibə - gözyaşı,

Mən torpağın xəstəsi.

Şəhid ol

sam, qəbrimə

Başdaşı - gül dəstəsi!

Bakıya gəldi.Evlərinə deyil, Fəxri Xiyabana tələsdi. O, Fəxri Xiyabana çatanda artıqŞövqiyarı uğrunda canından keçdiyi Vətən torpağına tapşırmışdılar. Gecikmişdi,vidalaşa bilməmişdi qardaşıyla. Onun gəlişini uzaqdan izləyən atası Cəmil müəllimoğlunun məzarından ayrılıb, Aslana tərəf yerimişdi. Aslan qollarını açıbatasına sarılanda ata oğlunu sinəsinə sıxıb, sonra bir addım özündən araladı:

-Mən sizi Vətənüçün böyütmüşəm. Siz Vətənin övladısınız. Vətənin qurbanını ağlamazlar.

Cəmil müəlliminhəmin sözü düz iyirmi beş ildir ki, Aslanın qulaqlarında səslənir. Hər dəfəmüharibədən, səngərdən, Vətənin Milli Qəhrəmanı Şövqiyardan söhbət düşəndəAslan içindəki qürur hissini gizlədə bilmir...

Haşiyə: Tam səmimietiraf edəcəm. Kimlərsə məni qınamasın. Mən ilk dəfə şəhidlərin məzarı başında,şəhidlərin xəbəri gələndə "Təki Vətən sağ olsun!" nidasını türkqardaşlarımızdan eşitdim, türk analarımızdan, atalarımızdan eşitdim. Sonrabaşladıq o yüksəkliyi fəth etməyə, o yüksəkliyi içimizə köçürməyə. Bax, 1992-ciilin avqust ayının 27-də Göyçənin Nərimanlı kəndinin ədəbiyyat müəllimi CəmilAbdullayevin oğlu, döyüşçü həkim Aslana dediyi söz də "Təki Vətən sağolsun"un bir variantı, bir nümunəsi idi.


Vətən üçünböyüdülən övladlar

Yazımın birincihissəsində vurğulamışdım ki, Cəmil müəllimlə Füruzə xanım səkkiz övladböyütmüşdülər. Artıq onların dördü barəsində sizin məlumatınız var. Bu ailənindigər övladları Şəmsi, Sevinc və Kamran da həkimdirlər. Gülüş isə mühasibdir.Bu ailənin bütün övladları ali təhsillidir. Bu ailədə böyük əksəriyyət tibbəmeyl göstərib, ağ xalata, insanlara yardımçı olmağa üstünlük verib və bu gün dəöz peşələri, öz işləri ilə məşğuldurlar. Abdullayevlərin ən böyük üstünlükləritorpağa bağlılıqları və bir də Cəmil müəllimin tərbiyəsini, duzunu, çörəyini,Füruzə ananın südünü uca tutub, canlarına, qanlarına hopdurmalarıdır. İndininözündə də ata-ana sözü, ağbirçək, ağsaqqal nəsihəti bu ailənin yazılmamışqanunudur. Üstəlik bu ailədə o dağlardan gələn saflıq, halallıq hakimdir. Mən əlimiürəyimin üstünə qoyub and içə bilərəm ki, Şövqiyarı da, dostum Aslan həkimi dəo torpağa bağlayan, o səngərə çəkib aparan məhz gendən gələn halallıq və dağhavası, çeşmə suyunun saflığı, üstəlik doğulduqları torpağın bərəkəti olubdur.Heç də təsadüfi deyil ki, mən Aslan həkimin Göyçədən olduğunu biləndə, hələ ozamanlar yazmışdım ki, Qarabağda şəhid olanlar dağ qartallarıdır. Onlardağlarsız yaşaya bilmədiklərindən özlərini dağlar uğrunda şəhid verirlər. Necədeyərlər:


Çox qonaqlaryola saldıq özümüz

Çox tonqalaçırpı olduq özümüz.

Cığırlarabaxa-baxa gözümüz -

Bu dağlarda birsən qaldın, bir də mən.


Quşqonmazlarucalığa həddimi,

Bulaqların birdamarı qənddimi?

Ağrılarasındırmayıb qəddini -

Bu dağlarda birsən qaldın, bir də mən.


Köçən köçdü, düşəndüşdü atından

Kimlər susdu,kim danışdı adından?!.

Bu dağların çətinçıxar yadından -

Bu dağlarda birsən qaldın, bir də mən...


Milli Qəhrəmanınqardaşı

Bu gün Aslan həkim3 nömrəli Şəhər Klinik Xəstəxanasında cərrah kimi fəaliyyət göstərir. Onun ailətarixçəsini bilməyənlər, onun cəbhə yolundan xəbərsiz olanlar bu, sarıyanız,bir az bədəncə zəif görkəmli həkimin nələrdən keçdiyindən təbii ki, xəbərsizdirlər.Üstəlik Aslan həkim özü də bu barədədanışmağı - özünüreklamı sevmir. Bunun da iki səbəbi var - birincisi, hələ1992-ci ilin avqustunda atası Cəmil müəllimin dediyi "Sizi Vətən üçünböyütmüşəm" sözləridir. İkincisi isə, onun gözləri önündə, dizinin üstündəcanını bu torpağa tapşıran şəhidlərdir. O şəhidlərin arasında AzərbaycanınMilli Qəhrəmanı Şövqiyar Abdullayev də var - bu dünyada igidliyindən və adındanbaşqa heç nə qoyub getməyən Şövqiyar Abdullayev.

Doğrudur, Bakıdadigər Milli Qəhrəmanlarımız kimi, Şövqiyarın adını daşıyan küçə də var, xatirəsiəziz tutulur. Üstəlik doğulduğu ailədə dünyaya gələn nəvələrdən biri onun adınıdaşıyır. Bunlar Şövqiyarın qəhrəmanlığı önündə, bir tank komandirinin əməyiqarşısında mənim düşüncəmə görə çox azdı. Ən vacibi bu qəhrəmanın və bütün qəhrəmanlarınunudulmamasıdır. Yaxşı ki, unutmayanlar, xatırlayanlar var.

Bu həftənin ilkiş günündə döyüş bölgəsində - Ağdamda çox izdihamlı tədbir keçirildi. TədbiriMüdafiə Nazirliyi təşkil etmişdi. Bu tədbir 23 yaşında şəhid olmuş Milli QəhrəmanŞövqiyar Cəmil oğlu Abdullayevin şəhidliyinin25 illiyinə həsr olunmuşdu. Tədbiri Abdulla Qurbani idarə edirdi. Dəvətlilərarasında Milli Qəhrəmanın ailə üzvləri, qardaşı Aslan həkim də var idi. Ona dasöz verdilər:

- Mən müharibəninnə olduğunu yaxşı bilirəm. Onu da bilirəm ki, bizim səngərdə olduğumuz illər çoxçətin dövrə təsadüf edirdi. Bir pərakəndəlik var idi, silah-sursat çatmırdı,amma səngərdəki oğulların döyüş əzmi, iradəsi, qəhrəmanlığı sonsuz, sönməz idi.Onda biz yeni formalaşan Milli Ordunun könüllü əsgərləri idik. Sevinirəm ki,indi bizim şücaətli, düşmənə qalib gəlməyə qadir ordumuz var. Sevinirəm ki, səngərdəpayı, haqqı, xidməti olanlar unudulmur. Və bir də ona sevinirəm ki, bizim döyüşyolumuz ağır olsa da, yaxşı nümunədir. Sağ olun ki, qardaşımı xatırlayıb dəyərləndirirsiniz.Müdafiə Nazirliyinin rəhbərliyinə və anım tədbirinin təşkilatçılarına,iştirakçılarına ailəm adından təşəkkür edirəm.

Yeri gəlmişkənonu da xatırladım ki, Şövqiyarın layiq görüldüyü "Milli Qəhrəman"ulduzunu atası Cəmil müəllimə Ulu Öndər özü şəxsən təqdim etmişdi. Bu tarixi anfotolarda, sənədlərdə öz əksini tapıb. Elə Ağdamdakı "N” saylı hərbi hissədəkeçirilən anım mərasimi də lentlərə, fotolara, yaddaşlara köçürüldü...

... ŞəhidlərXiyabanındayıq, Aslan həkim və mən. Biz iki dost müharibə xatirələrimizibölüşürük. Şəhid tanışlarımızdan, dostlarımızdan, əsgərlərimizdən və həmçininŞövqiyardan danışırıq. Ayrılığının yaşı artan, özünün yaşı dəyişməyən qəhrəmanŞövqiyardan...

Şövqiyarın məzarıönündə dayanmışıq. Onun sinə daşı üzərinə düzülmüş güllər daş üzərindəkiyazıları gizlədib. Amma başdaşındakı şəkil adamı sanki çağırır:

- Gəlin, dalımcagəlin! Mən sizi Şuşada, Göyçədə gözləyirəm...


Yazının əvəllini BURADAN oxuya bilərsiniz


ƏbülfətMƏDƏTOĞLU,

Əməkdarjurnalist

[email protected]


TƏQVİM / ARXİV