adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
30 Avqust 2017 14:59
59854
HÜQUQ
A- A+

MTN İŞİ

deyəsən elə MTN-çilərin ürəyi istəyən kimi yekunlaşmaqdadı. Məsələn, bir polkovnik Azərbaycan Respublikası Cinayət Məcəlləsinin maddələrinin az qala yarısı ilə ittiham edilirdi, özü də ən ağır maddələri ilə – 4 il iş verdilər. Onun da yarısını yatıb, yəqin bir-iki günə çıxar.

İki-üç gün bundan öncə də MTN-lə bağlı həbs olunan və külli miqdarda dövlət əmlakını mənimsəməkdə ittiham edilən bir bank müdirini də cərimələyib məhkəmə zalından azadlığa buraxdılar. Çovdarova da prokuror 15 il iş istəyib, yəqin ona da bir 10-12 il iş verərlər, sonra da xəstəliyi ilə əlaqədar yarı «srok» azad olunar. Amma bir şapalağa görə 5 il «srok» alıb günə-gün yatanlar var.