İradə TUNCAY: DAMA ÇIXAQMI?

İRADƏ TUNCAY
72031 | 2017-08-31 10:16

BuMyanma deyilən ölkədə (bizim öyrəşdiyimiz kimi Birma) baş verənlər mənə çox maraqlı gəlir. Cənub-şərqi Asiyada,Hind-Çin yarımadasında yerləşənbu diyarın adı sən deyən elə də tez-tezhallanmır. Yəni Fələstin deyil,İraq deyil. Amma hər halda cənubundaolsa da Şərqdi və hər halda Asiyadı. Çağdaşdünyamızın məşəli durumunda olan Asiya.İşıqlanmaq yox, yanmaqmənasında - alovlananqitə. Bu Birmamı, Myanmamı deyilən ölkə qəribə,təzadlı ölkədir. Anlayacağınızqoca Şərqin bütün ölkələrikimi taleləri vətarixləri oxşar. Yəni onun-bunun əlindəoyuncaq. Fikir vermisinizmi, adlarını, bayraqlarını, konstitusiyalarınıtez-tez, başçılarını gec-gec dəyişənbütün ölkələr mahiyyətcədəyişmir. 1948-ci ildə Britaniya imperiyasının müstəmləkəsindənqopan çox ölkələr kimi Birma da həmin tarixinağır irsini daşımaqdadır.Yoxsulluq, xarici kapitaldan asılılıq, feodal düşüncəsi, etnikzəmində toqquşmalar, milli kadrların çatışmazlığı və s.(söhbət sizə tanışgəlirmi?) Bütün ölkələrdə olduğu kimi, burda da hakimiyyətuğrunda mübarizə eynissenarilər əsasında aparılır. Uzun sözün qısası, 1962-ciildə hərbi çevriliş edibhakimiyyətə gələn xuntaözündən əvvəl ölkədəbaş verən hərc-mərcliyiyatırtmaq zorunda idi. Və Sovetlərdən yardım almaq üçün də sosializm yolu ilə getmək istəyini bəyanetmişdi. Gələn kimineft sənayesi, iri banklar,rabitə, xarici ticarət,energetika milliləşdirildi. Təhsildəvə səhiyyədə islahatlaraparıldı. Dünya mediasının hərdənbiryadına düşən Birma çox da elə açıq ölkə deyil, amma indi fikir verin, birdən-birəhumanist Avropa sözübir yerə qoyub Birmadakıhadisələri pisləyirlər, buddistrahibləri dəstəkləyirlər. Gör ha, Şərqin bütünölkələrində dinçi rejimləri hakimiyyətə gətirmək Qərb üçünprinsip məsələsinə çevrilib. Səbəbini bilirsiniz, cahil insanları otarmaqasandı axı. Sosialistdüşərgəsi dağılandan sonra dünyanınyenidən bölüşdürülməsi gündəmdədir. Məqamdı, kim nə qapdı-qapdı.Köhnə imperiyalar daöz köhnə müstəmləkələrini ələ keçirmək istəyindədirlər. Soyuq müharibə öz yerini qaynar münaqişələrə verib.Görünən də budurki, yeni bir qüdrətligüc formalaşana qədərdünyada sakitlik olmayacaq.Bir dövlətin, yəni Sovet İttifaqının siyasi xəritədən silinməsi görünnə qədər faciələr yaratdı. İndi hardasa üsyan, qiyam sözünü eşidirsizsə, bilin, arxasında hansısaböyük ölkə böyükpullar xərcləyir. Dünya dönübolub qiyamçı. Saymıram,özünüz bilirsiniz. Dəstəkolmasa, qiyamçı nə qələtqırar? Dəstəyi də məlumdu kimverir. Mənə çox maraqlıdı, Gürcüstandakı olayların sonu nəolacaq, kim qalib gələcək- Rusiya,yoxsa Amerika? Ammabizim bu doğmaQafqaz evimiz yaxın zamanlarda zülmdən qurtaracaqkimi görünmür. İndibütün postsovetrespublikaları "Arşın malalan" filmindəki TacirƏsgərin durumundadırlar. İki qoçu tapançanı dirəyib , biri deyiroxu, obiri deyir oxuma. Uzaqdan da Avropa Birliyi züy tutur. Amma deyəsənbizim Qəbələ RLS-i həmin filmdəki matişka kimi başqarışdıracaq vasitədi. Kimqazanacaq? Yəni bizlik bir şey yoxdu, amma heçolmasa od-alovdan qurtula bilsəydik,yaxşı olardı. Yəqin ki, Bakı-Yerevan-Yerevan-Bakı marşrutu ilə yüksəksəviyyədə təşkil olunmuş ekskursiyalarda buna xidmət edir. Yolları açıqolsun (Dünya Bankı özpulumuzdan bir az versəydi yolları təmir edərdik).

Dünya qiyam eləməklə,bizimkilər də ekskursiyayla məşğulkənmən bu "qiyam"sözünün ətrafında yaxıntariximizə bir ekskursiyaeləmək istəyirəm.

Əslindəleksikonumuzda bəzi sözlər var ki,onların bizim dilimizə necə gəldiyi, tarixən bizim dilimizdənecə yer tutduğu mənim üçün çoxmaraqlıdı. Məsələn, etiraz, qiyam, üsyan, busözlər dilimizdə özünə necə yertapıb? Hər hansı leksik vahidin dilə daxil olması üçün əvvəlcə xalqın düşüncəsindən keçməsilazımdır. Və biz də tarixən qayda güdənvə qanunsevən xalq olduğumuz üçün, heç nəyə etirazetməyən, qiyam qaldırmayan, üsyanetməyən xalq olduğumuzüçün bu sözlər dilimizə niyə daxil olub. Yoxsa əvvəllər, tariximizinöyrənilməyən çağlarında biz ayrı cür olmuşuq? Bu biraz şübhəli görünür,çünki etiraz, qiyam, üsyan da bir ənənədi. Afrikada gündə bir respublikada gündə birçevriliş, bir qiyamolur. Baxmayaraq ki,avropalılar zənciləri mədəniləşdiriblər, amma qəbilə adətlərihələ də yaşayır. Bəyənməyəndə başçıları dəyişdirirlər. Ordaelə qəbilələr varki, başçını taxtdan salanda bişiribyeyirlər. Allah uzaqeləsin, amma Afrikada bu ənənələrhələ də yaşamaqdadır.

Yadınızdadı, birneçə il əvvəl həbsxanada bir olay başvermişdi, o vaxtlar qəzetlərbundan çox yazdı. Qiyammı deyək,etiraz aksiyasımı, fərqi yoxdu.Belə hadisələr dünyada tez-tezolur. Və hərzaman da dövlət nə yollaolur-olsun, bunu yatırtmaq məcburiyyətindədi. Çünki qorxulunəticələri ola bilər.Cinayət eləyən adamları həbsxanaya başını sığallamağa göndərmirlər. Cinayətvarsa, cəza da olmalıdır. Amma həbsxanadakı hər kəs həqiqətəndə cinayətkardımı? Bax, bu sualıncavabını məhkəmələrimiz daha yaxşı bilirlər.

Bir neçə il əvvəlTürkiyədə də buna bənzər bir olay olmuşdu.Dövlət həbsxanadakı xaosu yatırtmaq üçünordunun gücündən istifadəetdi. Türkiyə cəza evlərindədustaqları siyasi görüşlərinəgörə təsnif eləyib göndərirlər F tipli,A tipli, Etipli həbsxanalara. İzah eləyim,məsələn, solçu düşüncəli,kommunist düşüncəlilər bir tərəfə, PKK-çılar bir tərəfə, milliyyətçilərbir tərəfə. Bizdən fərqli olaraqoralarda ideya naminə cinayətlər də törədilir. Belə olan halda hər qrup öz həbsxanasında toplaşıb əqidə yoldaşlarınıbaşına yığır, dövlət içindədövlət yaradır. Vəhökumətin nümayəndələrini də həbsxananın içinə buraxmırlar. Günlərinbir günü Türkiyə Cümhuriyyəti ayıldı ki,cəza evlərini dövlətin yox, canilərin qanunu idarə eləyir. Məcbur oldu ki, əməliyyatkeçirsin. Həm ordudan,həm də o biritərəfdən böyük tələfatlar oldu. Dövlətə etirazedib aclıq eləyənlər də, bu aclıqdan ölənlər də oldu.Demək istədiyim odurki, oralarda hər hansı aksiyakeçirəndə qarşılarında bir məqsəd,bir ideya olur. Buməqsəd, ideya naminəölənlər də olur(təbii ki, xaricdən dəstəklənmək şərtilə).Bizim isə nəiçəridə, nə çöldə hərəkətlərimizin heç bir izahıyoxdur. Amma bizdə də o vaxtkı olayı hardansa idarə eləyirdilər, həbsxanada qiyameləyib rəisin başqası ilə əvəz olunmağını tələb edirdilər.Deməli, üsyan, etiraz buna görə imiş. Bir rəisin başqasıyla və yaxud dabir generalın digəriylə əvəz olunması nə vədverir? Və onlarınəvəzlənməsi bizim içəridəvə dışarıda vəziyyətimizi nə dərəcədə dəyişir?Avropadan gələn komissiyalar həbsxanamızabaxıb bəyənir, bəyənmir... Avropa demişkən, biz hələ müəyyən edə bilməmişik avropalıyıq,yoxsa asiyalıyıq. Bir tərəfdənombudsman varımızdı, ucundan-qulağından avropalıya oxşayırıq. Bir tərəfdən də həmino ombudsmanın ilgilənməliolduğu sahələrdəki vəziyyətlə əsl asiyalıyıq ki, durmuşuq. Birvaxtlar bir rus filminəbaxmışdım, Rusiyadan getməbirisi əlləşib-vuruşubHollandiyada həbsxanaya düşməyə çalışır, axır nail olur. Həbsxananə həbsxana! Bizim villalardahəmin şərait yoxdu.Bilyard stolu, basketbol meydançası, kameradakondisioner, televizor. Bütünbunlar bizim evlərimizdə də var deyə bilərsiniz, amma işlətməyəişıq yoxdur. Bu avropalılara izah eləyəndə yoxdur ki,biz öz evimiziniçində onlar kimi yaşamırıq ki, həbsxanada daonlar kimi yaşayaq.Onlar gəlirlər-gedirlər, biz cəzaevlərini təmir edirik,səviyyəsini qaldırırıq, onlara çata bilmirik. Bəlkə bizimbaşbilənlərimiz həyat səviyyəmizi, maaşımızıqaldırsınlar. İyirmi manatlıqtelefon oğurladığına görə, kiminsə çantasını qapıb qaçdığına görə və bukimi xırda-xırda cinayətlərə görəora düşənlərin sayıazalsın. Kiminsə ata-anasına,kiminsə özünə işləyib zəhmətiyləpul qazanmaq imkanı yaratsınlar. Bəlkə də onda böyük-böyük həbsxanalartikməyə ehtiyac olmayacaq. VəAvropadan gələn komissiyaların qarşısındada tər tökməli olmayacağıq. Ovaxt yadınızdadı, həbsxanadakı qiyamçılardama çıxıb etiraz edirdilər. Ondafikirləşdim ki, hər rəisindən narazı dama çıxsa, onda gərək bütün məmləkətdama çıxsın.

... BuBirmamı, Myanmamı deyilənölkə Himalay dağlarınayaxın yerdədi. Himalay dağlarına "dünyanın damı"deyirlər. Ən ucazirvə Comolunqma (Everest) bura aiddi. Bu dağlar da Asiyadadır.Asiyanın da günü-güzəranı məlum, bir tərəfdə bombalarpartlayır, bir tərəfdə xəstəliklər tüğyan eləyir, bir tərəfdə dəqiyam-üsyan. Bu məzlum qitənin əhalisi öz həyatındanrazıdırmı? Dünyaya bütün səmavi dinləribəxş edən, elmi, mədəniyyəti bəxş edən Asiya həm də "dünyanın damı"na sahibdi. Küçələrətökülüb özününküləri qırmaqdansa,BMT-yə gedib uzun-uzadı nitq söyləməkdənsədünyanın damına çıxıb şikayət eləsələr necəolar? Dünyanı yönətənlərəyox, zatən buşoular onların rejissorluğuylabaş tutur. Bütün külli-aləminsahibi də varaxı, bəlkə eşidər?

2012, iyun

iradetuncay@rambler.ru

TƏQVİM / ARXİV