Bir kəndin sevinci

FAİQ QİSMƏTOĞLU
59618 | 2017-08-30 13:37

Dünyada elə insanlar var ki, onlar öz elinə-obasına, kökünəurəkdən bağlanıblar. Çünki həmin insanlaro torpağın suyunu içib, çörəyini yeyib, havasınıudublar. Və bu insanlar da zaman-zaman zirvəyəqalxdıqca, ucaldıqca elinin-obasının borcundan çıxmaq istəyirlər. Övlad necə valideyninə – atasına, anasına sədaqətlidirsə,eləcə də öz yurduna həmin məhəbbəti bəsləyir.Bu mənada yazıçı-publisist, pedaqoq, gözəl ziyalı Səməndər Məmmədov da elinin-obasının çəkdiyi əziyyəti ona qaytarmaqistəyib. Və uzun illər böyüyüb, boya-başa çatdığı Borçalı elinin Faxralı kəndi ilə bağlı düşüncələrini, ürəyinin döyüntüləriniqələmə alıb. O, bu elnən, obaynan nəfəs alıb və onlarla qürur duyub. Və təsadüfideyil ki, Səməndər Məmmədov Faxralı ilə bağlı 3 cildlik müxtəlif adlı kitablar araya-ərsəyəgətirib.

Bu yaxınlarda isəistedadlı yazıçı-publisist Səməndər Məmmədovun «Elm və Təhsil» nəşriyyatı tərəfindən696 səhifəlik «Faxralılar» I kitabı işıq üzü görüb. Öncədən qeyd edək ki,kitab çox yüksək poleoqrafiya işi ilə diqqəticəlb edir. Kitabı nəşrə hazırlayan isə redaktoru Əməkdar mədəniyyət işçisi Musa Nəbioğludur.Bir faktı da qeyd edək ki, Musa Nəbioğlu Səməndər Məmmədovun bir neçə kitabınınredaktoru olub. Musa Nəbioğlu «Böyük zəhmətin bəhrəsi» məqaləsində yazır: «Səməndərmüəllimi çoxdan tanıyıram. Aramızda çox səmimi dostluq münasibəti var. Hər zamanona inanmışam, etibar etmişəm, güvənmişəm. Çünki bütöv şəxsiyyətdir, yalandan, riyadan,ikiüzlülükdən uzaqdır, verdiyi sözün qiymətini biləndir - yalandan söz verməz, söz verdisə, mütləq əməl edər.Kişiliyin, Kişi sözünün nə demək olduğunuyaxşı bilir. Onu mənə ən çox sevdirən də məhz bu keyfiyyətlərdir».

«Faxralılar» kitabınıvərəqlədikcə hiss edirsən ki, müəllif özkəndinin hər çığırına, hər izinə, hər yoluna, hər ağacına yaxşı bələddir. Və Səməndərmüəllim ona da yaxşı bələddir ki, bu kənddən çıxmış istedadlı ziyalıların – yazıçıların,şairlərin, alimlərin, filosofların, həkimlərin, musiqiçilərin, hüquq-mühafizə orqanlarındaçalışanların hamısını arayıb-axtarıb və onlar barəsində bir-birindən gözəl və bir-birindənmaraqlı portret və oçerklər, zarisovkalarqələmə alıb. Bu yazılar o qədər şirin və o qədər duzludur ki, onların hamısını birnəfəsəoxumaq olar.

Bu mənada kitabdaçap olunmuş «Ocaqdı Şamilim, pirdi Şamilim», «Mən Nəbiyəm, aşıqların zəriyəm», «Haqq söz inci də olsa…», «Maarif fədaisi», «İşıqsaçan ziyalı», «Zülmətə nur saçan ziyalılar», «Qazanılmış sərvət», «Ölməz insan»,«Sayılan və seçilən ziyalı», «El şairi, el adamı», «Çağlayan çeşmə», «Dünya durduqca»,«Ot kökü üstə bitər», «Kamilliyə gedən yol», «Çöhrəsi nurlu həkim», «El sevəni aləmsevər» portret oçerkləri öz orijinallığı və oxunaqlığı ilə seçilir. Kitabı vərəqlədikcəvə oxuduqca bir-birindən gözəl və rəngarəng yazılar səni özünə çəkir. Və təsvirolunan həmin qəhrəmanların nə qədər böyük istedada sahib və geniş ürəkli insan olduqlarınıbir daha dərindən dərk edirsən. Dərk edirsən ki, onların hamısı öz elini, obasını sevən böyük ziyalılardır.

Kitabda ən maraqlıoçerklərdən biri də çox böyük ziyalı, ictimai-siyasi xadim, millət vəkili, professorŞamil Qurbanova həsr edilib. Həmin yazının başlığı belədir; «Ocaqdı Şamilim, pirdi Şamilim».Rəhmətlik Şamil Qurbanov universitetdə bizədə dərs deyib. O qədər gözəl mühazirə oxuyurdu ki, 90 dəqiqənin necə gəlib keçdiyinihiss etməzdik. Məqalədən bir epizodu oxucularındiqqətinə çatdırırıq: «…Allah ona hər şey vermişdi. Şux qamətinə münasib olan ağayana yerişi, nurluçöhrəsindən heç zaman əskik olmayan təbəssümü, uca dağların zirvəsini xatırladan ağ saçları ona çox yaraşırdı. Uzaqdan gələndə elə bilirdin bir vüqarlı dağ gəlir.Zahirən sakit təbiətli bu adam təsiri bağışlasada, daxilən təlatümlü dəniz kimi qabarıb-çəkilən, dağ çayı kimi coşqun idi və elə o coşqun ömrü də yaşadı Şamil müəllim. Səsiən yüksək tribunalardan gəldi, millətin, dövlətin taleyüklü məsələləri həll olunandabəziləri kimi seyirçi mövqe tutmadı, millətvəkili, ziyalı və vətəndaş kimi prinsipial mövqeydən çıxış etid. Heç zaman əməldə bir, dildə başqa cür olmadı. Düşündüklərini cəsarətlə dilə gətirdi. Hətta dedikləriçoxunun xoşuna gəlməsə də, düz sözü söyləməkdən çəkinmədi…»

Kitabda bayaq qeydetdiyimiz kimi gözəl yazılar çoxdur. Onlardan biri də Azərbaycan Dövlət Universitetinin(inkidi BDU – F.Q.) fəlsəfə kafedrasının müəllimi fəlfəsə elmləri namizədi Pənah Mahmudova həsr edilib.Həmin yazının başlığı belə adlanır: «Şam əgər yanmırsa, yaşamır demək». Pənah müəllim bizə «Elmi ateizm»dən dərs demişdi. Bizdən imtahan götürəndə diqqətlə cavablarımı dinlədivə sonra da dedi: «Sualların hamısına əla cavab vermisən. Ancaq bir sualım var. De görüm,Allaha inanırsanmı?» «İnanıram», - dedim.O da güldü, qiymət kitabçama «əla» yazıb mənə uzatıd. Sonra da dedi: «Elə mənimözüm də Allaha inanıram. Elmi işi müdafiə edəndə Allahı köməyimə çağırdım».

Yazıçı-publisistSəməndər Məmmədov ondan çox kitabın müəllifidir. Və qələmə aldığı hər bir kitaböz orijinallığı, bədii dəyəri ilə bir-birindənseçilir. Bizim fikrimizcə, «Faxralılar» kitabı isə lap sanballıdı. Yəni bu kitabınhəm poleoqrafiya işi, həm də bədii dəyəri yüksək qiymətləndirilməlidi. İnanırıqki, kitabı vərəqləyən hər bir oxucu Borçalı elinin Faxralı kəndinin ziyalılarınıyaxından tanıyacaq, onların millətə, xalqa necə sadiq olduqlarının şahidi olacaqlar. Bu kitabıvərəqlədikcə qədim Borçalının ətri hiss olunacaq, onun dağlarının, meşələrinin sərinhavası meh kimi sizin qəlbinizə bir yumşaqlıq, bir həlimlik gətirəcəkdi.


TƏQVİM / ARXİV