Aqil ABBAS:ŞAMAXILILARDAN ÖRNƏK GÖTÜRMƏK PİS OLMAZ

AQİL ABBAS
98282 | 2017-08-29 10:00

Şamaxıdanyolu düşənlərin hamısı görüb. Fəxr ediləsidi. Adam bir qürur hissi keçirir.Şəhərdə yol kənarı boyu bu torpağın yetişdirdiyi dahilərin, böyük şəxsiyyətlərin möhtəşəmbarelyefləri sıralanıb. Çox arzulardım ki,Şirvanşah Xəlilullah İbrahimin də barelyefihəmin sırada boy göstərsin. Lap elə şair Qürbət Əzizin də.

Azərbaycanın hərbölgəsi, hər rayonu böyük şəxsiyyətlər verib. Başqa rayonların da icra başçılarıŞamaxıdan örnək götürsələr pis olmaz. Bu həm tariximizin, həm mədəniyyətimizin göstərgəsidir,həm də gənc nəslə bir örnəkdir.

Məsələn, Gəncəyəgirəndə dərhal bilirsən ki, Poeziyamızın Tanrısı Nizaminin yurdundasan. Çox gözəlbir ansambl yaradıb. Eləcə də şəhərdə Gəncənin yetişdirdiyi böyük şəxsiyyətlərlə bağlı muzeylər, parklar, bağlar adamı valeh edir.

Şabranda Xəqaniyə qoyulan heykəl. Xəqaninin adına salınmış gözəl bir park. Dahi şairin adını daşıyanPoeziya Evi. Və hər il burda rayon icra hakimiyyətinin təşkilatçılığı ilə keçirilən poeziya günləri.

Xaçmazda Azərbaycanınböyük şəxsiyyətlərinin abidələri qoyulmuş park.

Ağcabədidə Dədə Qorqudun,Füzulinin yurdu olan Bayatda Füzuli kitabxanası, Füzuli bağı, Füzulinin büstü, Yaqub Məmmədov adına mədəniyyət evi, İsiMəlikzadə adına küçə və barelyef, Üzeyir Hacıbəyov muzeyi, Üzeyir Hacıbəyov bağı.Və hər il Üzeyir bəyin doğum gününə həsr olunmuş böyük musiqi festivalı. İnşallah, bu ildən də AğcabədiRayon İcra Hakimiyyəti Azərbaycan YazıçılarBirliyi ilə birgə Bayatda Füzuli günlərininkeçirilməsi ənənəsini qoyacaq.

Çox sevindirici haldırki, Ağstafada da bu yöndə işlər görülür.

Çox xoşdu, BərdədəNüşabəyə abidə qoyulub, adına xiyaban salınıb.Amma bu azdı, Bərdə də böyük şəxsiyyətlər verib. Onların da adını əbədiləşdirməkçox gözəl olardı.

Məsələn, Göyçay ədəbiyyatımıza,sənətimizə, mədəniyyətimizə çox böyük şəxsiyyətlər verib . Çox istərdim Göyçayda dayoboyu bu şəxsiyyətlərin barelyefləri vurulsun. Şamaxıdakı kimi bu şəxsiyyətlərin tarixisözləri həmin barelyefin altına həkk olunsun. Şəhərə girən kimi biləsən ki, buraRəsul Rzanın vətənidi, Əli Kərimin, İbrahim Göyçaylının, Anarın … vətənidi.

Qazaxda da belə birpark gördüm, ürəyim açıldı. Sağ olsun rayonun rəhbərliyi. Möhtərəm Prezidentimiz bölgələrimizin abadlaşdırılması üçün hər il lazımiqədər vəsait ayırır. Həmin vəsaitdən yuxarıda misal çəkdiyim örnəklər üçün istifadəetmək olar.

Niyə Şəkidə HacıÇələbinin büstü qoyulmasın? O Hacı Çələbi ki gürcü çarı İrakliAzərbaycan xanlarını Qarayazı meşələrinə qonaq dəvət edib xaincəsinə əl-qollarınıbağlayıb Tiflisə əsir aparmaq istəyəndə bütün düşmənçilikləri bir kənara qoyub, gəlib onları xilas etmişdi. Turistlərin hamısını Xan sarayına aparırıq. Xan sarayını tikdirən kişiolub axı.

Ağcabədinin Bayatkəndi ilə Ağdamın Əfətli kəndi arasında yüksək bir təpə var: Əfətli təpəsi. Pənahxanın doğulduğu məkandı bura. O təpənin üzərində ulu Qarabağ xanı Pənah xan Cavanşirin(Pənah xan Çingiz xanın nəslindəndi) möhtəşəm bir abidəsiniucaltmaq olar - üzü də Şuşaya. Qeyd edim ki, həmin təpədən Ağdam şəhəri əl içi kimi görünür. Mədəniyyət Nazirliyinin dəstəyi ilə Ağcabədi və Ağdamın icra hakimiyyətləribu abidəni ucalda bilər. Və mən də maddicəhətdən kömək etməyə hazıram.

Söz sizindir, hörmətliicra başçıları!


TƏQVİM / ARXİV