adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7

İSRAFÇILIQ

FAİQ QİSMƏTOĞLU
50240 | 2017-08-28 13:55

… Hər şeydə bir qənaət,bir mizan-tərəzi olmalıdır. Və hər şeydə bu qənaət, bu mizan-tərəzi olanda ondaistər-istəməz insan tez-tez iqtisadi sıxıntı ilə üzləşmir və çətin vəziyyətdən çıxmağıbacarır. İllah da ki, kasıb adamlar qənaətcil olmayanda, az da olsa var-dövlətininqədrini bilməyəndə bax belə anları daha tez-tezyaşamağa məcburdurlar.

Müqəddəs kitabımızolan «Qurani-Kərim»də də israfçılıqla bağlı çox gözəl ayələr var. Buyrulur ki, nəəlini möhkəm-möhkəm sıx, nə də əlini axıra qədər açma. Yəni bunun da açıqlamasıondan ibarətdir ki, həddindən artıq səxavətli olmaq və həddindən artıq xəsis dəolmaq insana şərəf gətirməz.

Söhbətimizin canıondan ibarətdir ki, bu yaxınlarda televiziya kanallarının birində maraqlı bir süjetəbaxdıq. Həmin süjetdə Gəncə ilə bağlı adət-ənənələrdən söhbət açılırdı. Deyilirdi ki, son vaxtlar Gəncədəziyalılar yas məclislərindəki israfçılıqla bağlı məsələ qaldırıblar və həmin təşəbbüsüdə icra hakimiyyəti və şəhər əhalisi dəstəkləyib. Təbii ki, hər bir yaxşı şey, millətəvə xalqa xeyir gətirən təşəbbüs bəyənilməli, müdafiə edilməlidir. Çünki bundan eləən çox da xeyir görən insanlar özləri olurlar.

İndi Gəncədə də məsələqaldırılıb ki, yas məclislərində dəbdəbəli süfrələr açılmasın. Loru dildə demişolsaq, yasa gələnlərə iki cür yemək verilməsin! Çox gözəl təşəbbüsdü! İndi onlarbuyururlar ki, yas məclislərində çay süfrəsi olsun, halva və limon verilsin. Bunlarınhamısı çox gözəl, çox pakizə.

Bir neçə il bundaqnəvvəl bu məsələni də respublikamızın hər yerində gündəmə gətirmişdilər. Amma eləoldu ki, çox yerlərdə bu yeni ənənələr bir o qədər də yaşamadı və yenidən yas məclislərindəisrafçılığa yol verildi.

Yeganə rayon Füzulidirki, həmin məsələ qaldırılandan bu günə qədər bu ənənə yaşayır və davam edir. Təbiiki, hər bir yeni adət-ənənə özü də bir tarixdi, millətin xalqın yaddaşına yazılır.Əlbəttə, bayaq dedyimiz kimi, əgər yaxşı bir şey varsa, niyə də o yaşamamalıdır?!

Füzuli rayonundada 3-4 il bundan əvvəl rayon icra hakimiyyəti tərəfindən belə bir təşəbbüs qaldırılıbvə həmin təşəbbüs də ziyalılar, əhali tərəfindən müdafiə edilib. İndi 3-4 ildirki, Füzuli rayonunda yas məclislərində dəbdədəli yeməklərin verilməsi tamamilə aradanqaldırılıb. Və bu gun yas məclsilərində ancaq çay süfrəsi açılır və orda halva,xurma və bir də limon olur. Artıq buna görə də camaat və əhali tam razıdı. Ən azındanona görə ki, hər bir evi döyə biləcək bu yas məclisi istənilən isnanın və ailəninhəyatında baş verə bilər.

Maraqlıdır ki, yasməclislərində rayon icra hakimiyyətinin başçısı Alı Alıyev də iştirak edir və camaatdanda səmim surətdə soruşur ki, əvvəlki məclislərsizin üçün sərfəliydi, yoxsa indiki? Aydındır ki, yas məclisində iştirak edənlərinhamısı da indiki məclsiləri razılıqla qarşılayır.Və onlar deyirlər ki, kim bu təşəbbüsü irəli sürübsə və yeni ənənəni yaşadıbsa,Allah onun ölənlərinə rəhmət eləsin!

Əlbəttə, yas məclislərindəilk növbədə maddi cəhətdən sıxıntı çəkən imkansız adamlardı. Çünki bu imkansız adamlarqəfil düşən yas məclislərini yola vermək, qonaq-qaranı müxtəlif yeməklərlə təminetmək üçün çox əziyyət çəkməliydi. İlk növbədə böyük kəndlərdə yas məclisinin birindənqırxına qədər nə az, nə çox 2-3 dana kəsilərdi, neçə qutu yağ işlənərdi. Bununlayanaşı, şəkər tozu və çay da geniş istifadə olunardı. Bu qədər xərci isə kasıb adamlartapmaqda çox çətinlik çəkərdilər. Düzdür, yas yerlərinə pul da yazılır. Amma bupulla o dəbdəbəli yas məclislərini vermək,qəbirüstü abidəni götürmək o qədər də asan deyildi.

Üstəlik də dərd içindəboğulan adam bilmirdi ki, rəhmətə gedəninin dərdini çəksin, yoxsa qapıya gələn qonaqlarıyola versin.

Bizim rayonda dayas məclisləri çox ağır olur. Yəni Bəhmənlikimi böyük bir kənddə yas məclisini yola vermək üçün 3-4 dana kəsilməli, 5-6 qutuyağ işlənməli idi. İndi bütün bunların hamısıartıq tarixə qovuşub. Və insanlar da yas məclislərini israfçılıq eləmədən yola verirlər.

Bu məsələni ona görəyada salırıq ki, yas məclislərindəki israfçılıqla bağlı təşəbbüsü respublikamızdabirinci Füzuli rayonunda qaldırıblar və ona bu gün də əməl edirlər. Bəlkə də Füzuliyeganə rayondu ki, onların yaşatdığı bu yeni ənənə bütün respublikada geniş yayılmalıdır.Heç kim yas yerinə yemək üçün getmir. Düzdür, elələri var ki, «ehsanşiklərdi». Yənionlara xalq arasında «qarınotaran» da deyirlər. Belə adamları isə barmaqla saymaqolar. Amma böyük əksəriyyət yas məclislərinə rəhmətə gedənin qohum-əqrabasının dərdinəşərik olmaq üçün gəlir. Bundan gözəl və bundan savab iş nə ola bilər?

Ona görə də respublikamızdayas məclislərindəki isrfaçılıqların qarşısını almaq üçün Füzuli rayonunun təcrübəsinigeniş yaymaq lazımdı. Arıtq Gəncə kimi şəhərdə bu məsələ gündəmə gətirilib və onuda ziyalılar, əhali geniş müdafiə edir. Əgərbir şey bu millətə, bu xalqa xeyirdisə, onu qorumaq, yaymaq və yaşatmaq lazımdı! Tək yas məclislərindədeyil, elə toy məclsilərindəki israfçılığın da qarşısı alınmalıdır. Onun da birtəşəbbüskarı olmalı və arxasında duran möhkəm qüvvələr lazımdır. O qüvvə ki, hərhansı yeni adət-ənənəni yaşatmaq istəyir və onu qoruyar.

Düzdür, şadlıq saraylarına,ayrı-ayrı o sarayların sahiblərinə toylardakı israfçılıq sərf eləmir. Çünki ilknövbədə həmin toyda qalan yeməklərin pulu toy sahibindən alınır. Artıq qalan o yeməklərisə növbəti toylarda stollara düzülür və bundan da ən çox qazanan şadlıq saraylarıdı.Yas məclsilərində qayda-qanun yaratdığımız kimi, toylarımızda da bu addımı atmalıyıq.

Əlbəttə, bu, şadlıqsaraylarının sahiblərinin qanlarını qaraldacaq və keflərinə soğan doğaryacaq. Necəolur ki, yüzlərlə, minlərlə toy sahiblərinin kefinə soğan doğranılır, onlardan artıqpul alınır, amma bir şadlıq sarayının israfçılıqdan qazandığı pulun qarşısını almaqolmur?!

Hər şey bizim özümüzdənasılıdır. Əgər biz istəsək toylarmızda da, yaslarımızda da israfçılığın qarşısınıala bilərik. Xüsusən də toylarda şadlıq saraylarının sahibləri bizi aldatmaz vəbiz də toyda yığdığımız pulun hamısını şadlıq sarayında qoymarıq. Mən adam tanıyıramki, toyda yığdığı pul xərci ödəməyib. Şadlıq sarayı da dava edib ki, pulun qalığını gətirməsən bəylə gəlini buraxan deyilik. Elə belədə olub. Həmin adam gecəylə borcu tapıb gətirib, pulu verib və bəylə gəlini azadedib. Belə toy kimə lazımdır?!

Biz sözümüzü deyirik.Biz sözümüzü deyirik ki, gəlin israfçılıq eləməyək. Onsuz da indiki iqtisadi böhanvə bahalıq şəraitində hərə öz ailəsini çox çətinliklə dolandırır. Əgər hərə öz ailəsiniçətinliklə dolandırırsa, onda papağımızı qarşımıza qoyub yaxşı-yaxşı fikirləşməliyik:biz israfçılıq edək, yoxsa etməyək?!


TƏQVİM / ARXİV