adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7

SAHİBSİZLƏR

NİCAT NOVRUZOĞLU
48256 | 2017-08-23 17:48

Onlar itlərdir. Baxmayaraq ki, itinsanın sadiq dostu sayılır, gördüyümüz gerçəklik budur ki, insan iti özünədost saymır. Sahib çıxmırıq itlərimizə. Sahibsiz qoymuşuq onları. Onlar da busahibsizlikdən çarəsiz qalıb dostlarını hədəfə alıblar. Və başlayıblar onlarıdişləməyə. Məhz bu səbəbdəndir ki, son aylar gündəmi zəbt edən məsələlərdən önəkeşəni sahibsiz itlərlə bağlı olan problemlərdir.

Onlar həmişə olub. Bütün dövrlərdəvə bütün hakimiyyətlərin hakimiyyətində. İnsanlarınyanında, ətrafında həm dost kimi, həm mühafizəçi kimi olmaqları ilə yanaşı,bəzən də qudurub onları qarpıblar. İtininsanlara köməyi dəydiyi kimi, ziyanı da dəyib.

Xülasə, ötən ayın son günü dəsahibsizin biri hər kvadratmetrinin sahibi olan Sumqayıtda insanlarıdişləyə-dişləyə gedib 5 yaşlı Zeynəbi tapdı və onu da dişlədi. Azyaşlınıölümcül vəziyyətə saldı. Uşağa 2 vaksin Sumqayıtda, 1 vaksin də paytaxtın 1 saylı Uşaqİnfeksion Xəstəxanasında vurdular. Lakin insanın dostunun insanın bədəninəsaldığı quduzluq insanın insan üçün düzəltdiyi vaksini üstələyərək uşağıncanını aldı.

5 yaşlı uşağı itirdikdən sonra haydüşdü ki, bəs ölkə sahibsizlərlə doludu. Hətta bu sahibsizlər dişləməkləyüzlərlə insanı dostluqdan cıxardıb. Artıq itlər bizim dostumuz olmaq istəmir.

Bu hadisədən sonra məlum oldu ki,hətta bizdə sahibsizlərlə mübarizə aparan idarə də var. Məsələn, Bakı Şəhər İcra HakimiyyətininSahibsiz Heyvanlara Qarşı Mübarizə İdarəsi var və rəisi də Ərəstun Əmiraslanovdur. Camaatımızda az-çox bilirdi ki, belə qurum var, amma onun fəaliyyətindən və yafəaliyyətsizliyindən xəbərdar deyildilər. Hadisədən sonra gündəmə gələn vəmətbuatda çıxış edən rəis bildirdi ki, "bu ilin sonuna kimiBakı da bütün sahibsizitlər tam zərərsizləşdiriləcək. Hazırda bu istiqamətdə işlər görülür. İnsanlaryenə də ətrafda sahibsiz itlərə rast gələ biləcəklər, lakin onlar rəqəmlənmiş,sterilizasiya edilmiş, peyvəndlənmiş və insan həyatı üçün tam təhlükəsizolacaqlar”. Deməli, 5 aya Bakıdakı bütün sahibsiz itləri zərərsizləşdirməkmümkün olacaq. Belə olan halda bu rəisdən soruşmaq lazımdır ki, bu belə asanməsələ idisə, gərək Zeynəbin ölməyini gözləyəydiniz? Niyə bu günə kimisahibsizlərə sahiblik etmirdiz? Axı bu birbaşa sizin vəzifənizdi.

Rəisin söylədiklərindən bir də oməlum oldu ki, "bu gün bizdə 1 baytar olduğuna görə işlər sürətligetmir. Lakin Ukraynadan dəvət olunan 2 baytar həkim gəldikdən sonra işlər biraz da sürətlənəcək”. Doğurdanmı bizim baytar həkimimiz yoxdu? Yəni Ukraynadanbaytar gəlməsə, biz qudura bilərik? BuƏrəstun müəllim və onun kimi rayonlarımızda müvafiq qurumun rəhbərləri niyəsahibsizlərlə mübarizə apara bilmirlər? Bir şeyin ki, sahibi yox, himayədarıyox, saxlayanı yox, day-dayı yox, nə var bunun məsələsini həll etməyə? Bəlkəstatistikaya görə itlərə dəymirsiz? İstəyirsiz Amerikaya çataq. Axı dünyada ənçox it ABŞ-dadır.

İt ABŞ-ı sevir, ABŞ da iti.Statistika bunu deməyə əsas verir. Onların dostluğu alınır. Bizdə isə yox.Çünki onlar itlərinə də qayğı ilə yanaşırlar. Biz isə heç bir-birimizə də qayğıgöstərmirik. Gözümüz burnumuzun ucundan o tərəfi görmür. Burnun ucundan sözdüşmüşkən, biləsiniz ki, itlərin burun izləri insanların barmaq izləri kimidir.Yəni itlər burnundan tanınırlar. Özü də nə az nə çox, dünyada 400 milyondurlar.

Nəysə. Qayıdaq sahibsizlərinqarpmağına. Məncə, itlər bizi qudurğanlığımızın həddini aşdığımıza görə qarpır.Bir az maddiyyatı zənginləşənlərin qudurğanlığı itləri narahatedir. Görür ki biz qudururuq, qarpırbizi. Öz hüququnu qoruyur. Deyir qudurmaq itə aiddir, sən insanlığını unutma. Obizə başqalarını, qudurmayanları qarpmaqla mesaj verir: "Qudurmayın. Yoxsa sizielə qudurdaram ki, heç vaksininiz dəköməyinizə çatmaz”.

Əslində it düz edir. Mən itin tərəfindəyəm.Niyə qudururuq biz? Gah sərnişin avtobusundasilah çıxardırıq, gah maşınımızla millətin üstündən keçirik, gahgücsüzlərə qan uddururuq, gah iti maşına bağlayıb sürüyürük, gah... Qudururuq.Demək istəyirik ki, it kimdi, əslində biz qudurmalıyıq.

Qudurmayın. Başqasının haqqını yeyibqudurmayın. Kimsə dalınızca bütün əcdadınızı söyüb, amma üzdə məcburiyyətdənüzünüzə gülüb cibinizə basdığı pullar çoxaldıqca qudurmayın. Düşmənə yox, millətinizə silah çəkib qudurmayın.Oğurladığın, mənimsədiyin, taladığın pullarla aldığın avtomobillərlə can alıbqudurmayın. İnanın itlər bunu biləcək. Onlar çox həssasdı. Ən azından onlarbizim eşidə biləcəyiniz məsafədən 4 dəfə uzağıeşidə bilirlər.

NİCAT NOVRUZOĞLU


TƏQVİM / ARXİV