adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
22 Avqust 2017 17:00
76920
AVTOMABİL
A- A+

Bakıda klassik maşınların yürüşü keçiriləcək

Avqustun 26-da klassik avtomobillərin yürüş və sərgisi təşkil ediləcək.

Adalet.az xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Federasiyası (AAF) məlumat yayıb.

Federasiya 1980-ci ilədək istehsal olunan klassik avtomobillərin sahiblərini tədbirdə iştiraka dəvət edib.

Qurumdan bildiriblər ki, klassik avtomobillərin sahibləri 22 avqust saat 18:00-dək Avtomobil Federasiyasında qeydiyyatdan keçə bilər. Qeydiyyatdan keçən avtomobil və sahibləri 26 avqust saat 15:30-da Heydər Əliyev Mərkəzinin qarşısında olmalıdır. Heydər Əliyev Mərkəzinin qarşısından start götürəcək avtomobillər Bakı şəhəri üzrə yürüş edəcək.

İştirak etmək istəyən şəxslərdən qeydiyyat üçün (012) 505-60-03 və ya (050) 295-01-00 telefon nömrələri, eləcə də [email protected] elektron poçt ünvanı ilə əlaqə saxlamaları xahiş olunur.

Qeyd edək ki, yürüşdən sonra Heydər Əliyev Mərkəzinin parkında konsert və əyləncə proqramı təşkil olunacaq.