adalet.az header logo
  • Bakı 10°C
  • USD 1.7
22 Avqust 2017 16:15
3660
HADİSƏ
A- A+

Azərbaycanda 37 nəfər suda boğularaq ölüb

Çimərlik mövsümü başlayandan (15 iyundan) bu günə qədər 37 nəfər suda boğularaq ölüb.

Adalet.az Fövqəladə Hallar Nazirliyinin (FHN) yaydığı rəsmi məlumatlara istinadən xəbər verir ki, 68 gün ərzində 190 nəfər suda boğulmaqdan xilas edilib.

Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti 15 iyundan bu günə qədər Sumqayıtda 13, Mingəçevirdə 11, Xaçmazda 4, Lənkəranda 3, Neftçalada 1, Şirvanda 7, Yevlaxda 2, Abşeronda 5 və Bakıda 134 batmaq təhlükəsi olan şəxsi xilas edib.

Həmçinin 10 iyul 2017-ci il tarixində günün müxtəlif saatlarında dənizdə çimərkən batma təhlükəsi ilə üzləşmiş 10 nəfər dalğıc-xilasediciləri tərəfindən xilas olunub.

Şirvanda 1, Neftçalada 1, Gədəbəydə 1, Sumqayıtda 3, Xaçmazda 2, Qusarda 1, Bərdədə 1, Abşeronda 4, Sabirabadda 1, Hacıqabulda 2, Bakıda 10, İmişlidə 2, Mingəçevirdə 1, Xızıda 1, Ağstafada 3, Qubada 1, Qazaxda 1, Saatlıda 1 nəfərin meyiti sudan çıxarılaraq aidiyyatı üzrə təhvil verib.

Qeyd edək ki, 15 iyundan başlayaraq ölkəmizdə çimərlik mövsümü açıq elan edilib. Çimərliklər iyunun 15-dən sentyabrın 15-dək vətəndaşların istifadəsində olacaq.