Rotterdamda “Azərbaycan” küçəsi açılacaq
Niderland Krallığının Rotterdam şəhərində "Azərbaycan” küçəsi açılacaq, şəhərin "Bakı" küçəsində isə dahi Azərbaycan şairi Nizami Gəncəvinin abidəsi qoyulacaq.
Bu barədə Azvision.az-a Avropa Azərbaycanlıları Konqresinin sədri Sahil Qasımov məlumat verib.
O qeyd edib ki, artıq bununla bağlı yerli bələdiyyələr ilə müvafiq yazışmalar da aparılıb: "Hər iki təşəbbüsün müəllifi Avropa Azərbaycanlıları Konqresi və Benilüks Azərbaycanlılar Konqresidir".
S.Qasımov qeyd edib ki, yaxın günlərdə təsdiq alınan kimi abidənin qoyuluşuna və küçənin açılışına start veriləcək.
Qeyd edək ki, Krallığın ikinci böyük şəhəri olan Rotterdamda artıq bir müddətdir "Bakı" küçəsi mövcuddur.
Digər Xəbərlər
19 Aprel 2024 11:19
İsmayıllıdakı bazarda nöqsanlar aşkarlandı
19 Aprel 2024 10:17“ASAN xidmət” BMT ilə yeni layihəyə başlayır
18 Aprel 2024 15:06Vardanyanla bağlı Norveç Nobel Komitəsinə AÇIQ MƏKTUB
18 Aprel 2024 13:39Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin fəaliyyəti dayandırılacaq
18 Aprel 2024 12:32