adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
22 Avqust 2017 15:06
5201
İDMAN
A- A+

UEFA: “Qarabağ” qrupun bir addımlığındadı

UEFA-nın rəsmi saytı Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyunları öncəsi yazı hazırlayıb. 

Adalet.az xəbər verir ki, bütün qarşılaşmaları qısa dəyərləndirən qurumun rəsmi orqanı "Kopenhagen” – "Qarabağ” matçına da toxunub.

Qitə futbol qurumu evdəki ilk matçda 1:0 hesablı qələbə qazanan Ağdam təmsilçisinin qrupa düşməyə çox yaxın hesab edir: "Qarabağ”ı Azərbaycanın Çempionlar Liqasının qrupundakı ilk klubu olmağın bir addımlığındadı ki, indiyədək turnirdə UEFA-nın 55 üzvündən 32-nin təmsilçisi qatılıb”.

Qeyd edək ki, "Qarabağ” mərhələni keçsə, Azərbaycan Çempionlar Liqasının qrupunda təmsil olunan 33-cü ölkə kimi tarixə düşəcək.