FÜZULİM MƏNİM…

FAİQ QİSMƏTOĞLU
47625 | 2017-08-23 11:54

… Dünyada çox şirinşey var. Şirin şey var ki, onun dadından doymaq olmur və uzun müddət bu ləzzət damağındangetmir… uzun müddət düşünürsən ki, elə bundun gözəl, bundan şirin heç nə ola bilməz…uzun muddət düşünürsən ki, nə yaxşı bu anları yaşadım… Dünyada bal da şirindi, balada şirindi, valideyn də şirindi. Bunların hamısı bizim gördüyümüz, bildiyimiz vəəbədi olaraq yaddaşımıza yazılmış anlardı. O anlar ki, şirin şey deyəndə yadımızadüşür. Amma vallah, baldan da, övladdan da, valideyndən də şirin bir şey var – Vətən!

Bilmirəm, Vətənsiz insan necə yaşaya bilər? Və əgər yaşayırsa, o, hər güncəhənnəmi gözüylə görür. Və hər saat, hər dəqiqə, hər gün o Vətən, o torpaq haqqındadüşünür. Düşünür ki, bir vaxtlar anadan olduğu, torpağının üstündə gəzdiyi, suyunuiçdiyi və havasını udduğu Vətənə həsrət qalıb…

Bizim də Vətənimizin 20 faizi çörəyimizi yeyib suyumuzu içən nankor ermənilərtərəfindən işğal olunub. İşğal olunan rayonlar arasında Füzulinin də böyük bir dərdivar. O Füzuli ki, 1993-cü ilin avqustun 23-də erməni faşistləri tərəfindən işğalolunaraq yağmalanıb… o Füzuli ki, onun dağlarında, ormanlarında, bağlarında tarlalarındabir vaxtlar biz əkib-becərərdik, onun bərəkətini, ruzisini biz yığardıq… Mən heçdə bu yazımda göz yaşı töküb ağlaymayacağam. Çünki ağlamaqla heç də məsələ həll olunmur və ağlamaqlabizim yaramız da sağalmır…

… Yaramızı sağaldabiləcək bir məlhəm var: o da millətin bir yerə toplaşaraq, bir yerə yığışaraq ölkəPrezidenti İlham Əliyevin ətrafında möhkəm birləşməsidi. Artıq bu birlik, bu dəstək və bu sevgi var! Bubirliyi və bu dəstəyi zaman-zaman görmüşük. Düzdür, avqustun 23-ü Füzulinin işğalgünüdür. Bu gündən düz 24 il keçir. Və bu 24 ildə ölkəmizin iqtisadi qüdrəti vəhərbi potensialı qat-qat güclənib. Və bu 24 ildə Azərbaycan Ordusu biz deyərdikki, dünyanın ən güclü ordusuna çevrilib. Çünki Azərbaycana dünyanın ən güclü vəən müdrik prezidenti olmuş Ulu Öndər Heydər Əliyev rəhbərlik edib. Bütün bəlalardanvə çətinliklərdən, parçalanmalardan Heydər Əliyev bu milləti xilas edib və müstəqilAzərbaycanın memarı kimi yeni bir tarix yazıb.

Qüdrətli və güclüAzərbaycan Ordusu Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə 1994-cü il yanvarın əvvəllərindəFüzulinin Horadiz şəhərini və 22 yaşayış məntəqəsini erməni işğalından azad edib.Araz çayının üstündəki körpüdən erməni bayrağı çıxarılaraq yerə atılıb və ora Azərbaycanbayrağı sancılıb! 1994-cü ilin yanvarından bu günə qədər həmin körpüdə Azərbaycanbayrağı dalğalanır! Çünki Azərbaycan dövləti ermənilərin əvvəllər tanıdığı ölkədeyil. İndi Azərbaycan dövləti iqtisadi cəhətdəndaha güclü və daha qüvvətlidir.

Prezident İlham Əliyevdə Ulu Öndər Heydər Əliyevin siyasi kursunu çox uğurla davam etdirib və Füzuliyədaim diqqət və qayğı göstərib. Belə ki, ölkəPrezidenti İlham Əliyev dəfələrlə Füzuliyə,Horadiz şəhərinə səfər edib. Orda çox möhtəşəm mədəniyyət abidələrinin, sosial obyektlərinvə yaşayış binalarının açılışında iştirak edib. Və dəfələrlə çıxışında bir fikrixüsusilə vurğulayıb ki, Horadizdə yaşayanlar və işləyənlər qəhrəmandırlar. Çünkionlar döyüş bölgəsinin yaxınlığında işləyir və yaşayırlar.

Təbii ki, cənab Prezidentinbu cür qayığısı və diqqəti heç vaxt Füzuli camaatının yadından çıxmır. Çünki bucamaat, bu el-oba görür ki, Prezident İlham Əliyev onlara necə böyük sevgi göstərir. Aydındır ki,ölkə Prezidentinin birbaşa sərəncamı ilə Füzulinin sosial-iqtisadi inkişafı üçünzaman-zaman milyonlarla manat vəsait ayırılıb. Və bu vəsait abadlıq, quruculuq,tikinti işlərinə sərf edilib. Bir vaxtlar yağmalanmış, hətta daşları belə yandırılmışHoradiz şəhəri möcüzəli bir məkan kimi yenidən tikilib. Bu gün Horadiz dünyanınən gözəl şəhəridir desək, yanılmarıq. Dünyanın ən gözəl şəhərində çoxlu sayda sosialobyektlər, məktəblər, xəstəxanalar, mədəniyyət mərkəzləri və eyni zamanda yeni yaşayışbinaları əsaslı surətdə təmir edilərək tikilib camaatın istifadəsinə verilib. Şəhərdəon minlərlə müxtəlif ağaclar əkilib. Və bu şəhər hər hansı Avropa şəhərilə yarışagirə bilər.

Bu gün Füzulidə bütünyaşayış məntəqələrində, kəndlərdə əhali üçün hər cür şərait yaradılıb. Kəndlərə,yaşayış məntəqələrinə yeni su, qaz xətləri çəkilib. Hətta bir neçə kənd müasir telefonxətti ilə təchiz edilib. Hər cür infrastrukturu olan rayonda son illər neçə-neçəqəsəbə inşa edilib. Buna nümunə kimi Qayıdış və Zobucuq qəsəbələrinin adını çəkəbilərik. Və bu qəsəbələrdə də əhali üçün hər cür əlverişli şərait təşkil edilib.Bir sözlə, bu gün Füzulinin işğaldan azad olunmuş bütün ərazilərində sanki cənnətəoxşar bir məkan yaradılıb. Hansı kəndə, hansı qəsəbəyə ayaq bassan, yolun düşsəorda möcüzələr dünyasına düşərsən. Rayonun elə bir kəndi, elə bir qəsəbəsi yoxdurki, orda müasir standartlara cavab verən asfalt yol çəkilməsin. Hətta bu asfaltyolların sağ və sol hissəsində 7 il bundan əvvəl çinar ağacları əkilib.

Bu gün Füzulidə kənd təsərrüfatı, tərəvəzçilik sahəsində çox böyükuğurlar əldə edilib. Taxılçılıq və baramaçılıq sahəsində rekord nəticə qazanılıb.Bununla yanaşı, digər kənd təsərrüfatı məhsullarının yetişdirilməsində rayon əməkçilərininçox böyük xidməti var. Eyni zamanda, heyvandarlıq yüksələn xətlə inkişaf edir. Əhalininyaşayışı, dolanışığı və rifah halı günbəgün yüksəlir. Bir faktı da qeyd edək ki,son illərdə rayonda çoxlu sayda yeni iş yerləriaçılıb. Bunlar isə onu deməyə əsas verir ki, Füzulidə həyat bulaq kimi qanayır vəhər kəs yaşamağın və işləməyin yolunu tapıb.

Artıq neçə aydırki, Füzuli rayonunun girəcəyindən Horadiz şəhərinə qədər olan respublika əhəmiyyətliyol əsaslı surətdə yenidən inşa edilir. Çox güman ki, bu strateji əhəmiyyətli avtomobilyolu oktyabrın əvvəllərində istifadəyə veriləcəkdir.Aydındır ki, yeni yolun istifadəyə verilməsi insanların rahatlığını bir qədər dəyüksək səviyyədə təmin edəcəkdir.

Füzulinin hər açılansəhəri, hər gündüzü yeni bir tarixdi. Axı bu yurd həm də mənim anadan olduğum, böyüdüyümVətəndir. Və bu Vətəni mən tezliklə bütöv görmək istəyirəm. Ananı baladan ayırankimi Füzulinin də bir hissəsi bu gün işğal altındadır. Amma mən çox böyük ümidlədeyirəm ki, o işğal altında olan Füzulinin yarısı da tezliklə azad ediləcək. Çünkibir dəfə 1994-cü ilin yanvarında, bir dəfə 2016-cı ilin aprelində Füzulinin müəyyənhissəsi işğaldan azad edilib. Strateji əhmiyyətliLələtəpə bu gün Azərbaycan Ordusunun nəzarətindədir. Bu isə o deməkdir ki, biz bu yüksəklikdənçox yerə, o cümlədən işğal altında olan ərazilərimizə nəzarət edə bilirik.

Və Allahın köməkliyiilə, Prezidentin gücüylə biz Füzulinin işğal altında olan digər yerlərini də tezlikləazad edəcəyik. Və o vaxt dodağı Vətən həsrətiylə dörd yerdən çatlayan, ürəyi qubarbağlayan insanların sevincinin həddi-hüdudu olmayacaq. Və o vaxt biz tək Füzuliyəyox, ordan Ağdama, Cəbrayıla, Qubadlıya, Zəngilana, Laçına, Şuşaya, Kəlbəcərə gedəcəyik…Və o vaxt biz üçrəngli bayrağımızı həmintorpaqlara sancacağıq… Və o vaxt biz rahat nəfəs alacağıq və ürəyimiz də sakit olacaq…

***

Bakı şəhər, Yasamalrayonu, 32 nömrəli Mənzil İstismar İdarəsi tərəfindən 3-cü Yasamal , Məmmədzadə küçəsi bina 98, mənzil23-də yaşayan Abanov Rauf Xəlil oğlunun adına 1982-ci ildə verilmiş mənzilin küpçası(kötük) itdiyi üçün etibarsız sayılır.

***

Rzayev Əli Müseyiboğlunun adına verilmiş «Niva» markalı 57 BN 350 nömrəli avtomaşının texpasportuitdiyi üçün etibarsız sayılır.


TƏQVİM / ARXİV