adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
22 Avqust 2017 11:46
7456
MƏMLƏKƏT
A- A+

Gömrükdə külli miqdarda pirotexniki vasitə tutuldu

Gömrükçülər avtomobildə pirotexniki vasitə və fişənglər aşkar ediblər. DGK-dan bildiriblər ki, Tovuz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında idarənin "Sınıq Körpü" gömrük postunda Gürcüstandan Azərbaycana gələn Azərbaycan vətəndaşının idarə etdiyi VAZ-21061 markalı avtomobilə gömrük baxışı keçirilib.

Yoxlama zamanı həmin nəqliyyat vasitəsində 650 qutu pirotexniki vasitə və 6 ədəd fişəng aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.