adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
22 Avqust 2017 09:26
7787
MƏMLƏKƏT
A- A+

Dəmir yollarında yeni mərhələ

Azərbaycan dəmir yollarının əsaslı təmir prosesinin növbəti mərhələsi həyata keçirilir. "Azərbaycan Dəmir Yolları" QSC-dən  verilən məlumata görə, Bakı-Böyük Kəsik istiqamətində 600 km dəmir yolu əsaslı təmir olunur. Bu gün isə Atbulaq-Ələt  mənzilində 12 km uzunluğunda yolun əsaslı təmirinə start verilib. 

Qeyd edək ki, əsaslı təmir işlərini 5 saylı "İxtisaslaşdırılmış Dəmir Yolu Müəssisəsi" MMC-nin kollektivi  həyata keçirir. MMC-nin baş mühəndisi İsmayıl Sadıqovun  sözlərinə görə, təmir işləri bir həftə davam edəcək.

Xatırladaq ki, 14 aprel 2015-ci ildə "Azərbaycan Dəmir Yollarının Yenidən Qurulması" layihəsinin 2-ci mərhələsinin icrası məqsədilə, "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyəti ilə Çexiya Respublikasının "Moravia Steel" şirkətləri arasında "Azərbaycan Respublikası Dəmir Yollarının Bakı-Böyük Kəsik sahəsində 600 km hissənin maddi-texniki təchizatı və əsaslı təmiri" barədə İxrac Müqaviləsinə əlavə Saziş imzalanıb.

Yeni layihənin icrasına 2015-ci ilin oktyabr ayının sonlarında başlanılıb və bu günə kimi 336  km dəmir yolu əsaslı təmir olunub.