adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
21 Avqust 2017 22:54
13297
DÜNYA
A- A+

ABŞ dənizdə hərbi əməliyyatları dayandırır

Donanmaya məxsus bəzi gəmilərin qəzalara səbəb olmasına görə dünya miqyasında əməliyyatları dayandıracağıq.

Adalet.az xəbər verir ki, bunu ABŞ Hərbi Dəniz Qüvvələrinin Qərargah rəisi admiral Con Riçardson söyləyib.

"Bu ardıcıllıq daha fəal hərəkət tələb edir. Bu istiqamətdə dünya miqyasında bütün donanmamızın əməliyyatlarının dayandırılması əmrini verdim", - Riçardson qeyd edib.

Qeyd edək ki, "USS Con Makkeyn" adlı hərbi gəmi Sinqapur sularında neft tankeri ilə toqquşub. Nəticədə 10 dənizçi itkin düşüb, 5 amerikalı hərbçi yaralanıb.