adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
21 Avqust 2017 17:47
13933
DÜNYA
A- A+

Rusiyada dəhşətli yanğın

Rusiyanın Rostov-na-Don şəhərində böyük ərazidə yanğın baş verib.

Adalet.az xəbər verir ki, "RİA-Novosti” agentliyinin hadisə yerində olan müxbirinin məlumatına görə, Nijeqorod küçəsi ev 33-də başlanan yanğın sonra qonşu birmərtəbəli yaşayış evlərinə keçib.

Yanğın hazırda 10-dan çox həyət evini əhatə edib. Güclü külək yanğının tezliklə böyük əraziyə yayılmasına səbəb olub. Külək həmçinin yanğınsöndürənlərin işini çətinləşdirir.

İnsanlar qonşu evlərdən təxliyyə olunmağa başlanıb. Həlak olanlar və yaralılar haqda informasiyalar yoxdur.

Son məlumatlara görə, yanğın sahəsi 6 min kvadrat metrə qədər artıb. Yanğının söndürülməsinə Mi-8 vertolyotları cəlb edilib.

Yanğın hələ yaxınlıqdakı iki çoxmərtəbəli binaya çatmayıb. Amma bəzi sakinlər artıq mənzillərdən qiymətli əşyaları çıxarmağa başlayıb.