adalet.az header logo
  • Bakı 12°C
21 Avqust 2017 17:38
3992
GÜNDƏM
A- A+

FHN Gürcüstana helikopter göndərdi

Azərbaycan prezidenti İlham Əliyevin tapşırığına əsasən, Fövqəladə Hallar Nazirliyi (FHN) Gürcüstanın Borjomi-Xaraqulsk qoruğunda baş vermiş meşə yanğınlarının söndürülməsinə kömək məqsədilə helikopter göndərib.

FHN-dən Adalet.az-a verilən məlumata görə, Nazirliyin Aviasiya dəstəsinə məxsus helikopter qonşu ölkədəki meşə yanğınlarının söndürülməsində iştirak edəcək.