adalet.az header logo
  • Bakı 9°C
  • USD 1.7
21 Avqust 2017 16:37
7533
İDMAN
A- A+

Əfsanə “Barselona”nı tərk edir

"Barselona”nın əfsanəvi futbolçusu Andres İniesta klubu tərk edə biləcəyini açıqlayıb.

Adalet.az xəbər verir ki, futbolçu bu barədə "El Pais”ə danışıb.

"Klubla müqaviləmi hələ uzatmamışam. Əvvəllər mənə tanış olmayan hislər yaşayıram. Güman edirəm ki, bunlar olduqca normaldır. Hazırda 3 il bundan əvvəl təsəvvürümə belə gətirə bilməyəcəyim bir ssenari mövcuddur. Belə deyək, əvvəlkindən fərqli olaraq, "Barselona”dan getməyi planlaşdırıram”, - İniesta bildirib.

Qeyd edək ki, Andres İniesta futbol tarixində ən titullu (33) ispan futbolçu kimi tanınır.