adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
21 Avqust 2017 12:31
17365
ŞOU-BİZNES
A- A+

Ukraynalı müğənni: “Muğamı öyrənirəm”

"Azərbaycan tamamilə fərqli insanları bir araya gətirmək üçün unikal və demokratik platformadır”.

Adalet.az-ın apa-ya istinadən verdiyi məlumata görə, bunu Qlobal Gənc Liderlər Forumunda iştirak etmək üçün Bakıya gəlmiş ukraynalı müğənni Ruslana deyib. O bildirib ki, hər zaman Azərbaycanda mədəniyyət layihələrində, "Eurovision"la bağlı proseslərdə iştirak edir: "Mən muğamı öyrənirəm. Buraya Ukraynanın, "Maydan”ın səsi kimi dəvət olunmuşam. Burada insanların dünyanı necə dəyişə biləcəyini müzakirə edirik. Yeni liderlər yeni dünya yaratmağa qadirdirlər".