adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
21 Avqust 2017 12:14
22778
SİYASƏT
A- A+

Qırğızıstanın baş naziri istefaya getdi

Qırğızıstanın Baş naziri Sooronbay Jeenbekov vəzifəsindən istefa verdiyini açıqlayıb.

Adalet.az xəbər verir ki, Jeenbekov bu addımı keçiriləcək prezident seçkilərində namizədliyi ilə bağlı rəsmi qeydiyyat prosesinin yekunlaşması ilə əlaqələndirib.

"Mən baş nazir olaraq fəaliyyətimi dayandırıram. Elə bu gün ölkə başçısına istefa ərizəsi ilə müraciət edəcəm”, - Jeenbekov bildirib.

Qeyd edək ki, Qırğızıstan qanunlarına görə, baş nazir istefa verdiyi halda onunla bir yerdə bütün kabinet istefaya göndərilməli və yeni hökumət təşkil edilməlidir.