adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
21 Avqust 2017 11:20
23948
ELM VƏ TƏHSİL
A- A+

İxtisas seçimi başa çatıb

Ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə və tam orta (11 illik) təhsil bazasında kolleclərə qəbul olmaq istəyən abituriyentlərin ixtisas seçimi başa çatıb.

Dövlət İmtahan Mərkəzindən Adalet.az-a bildiriblər ki, ixtisas seçimi avqustun 15-dən 20-dək aparılıb. Bu il ali məktəblərə keçirilən yerləşdirmənin nəticəsində qəbulolma 85,37 faiz təşkil edib. Birinci mərhələnin nəticəsinə görə, 6 min 242 yer boş qalıb. Dövlət ali təhsil müəssisələrində vakant yerlərin sayı 3 min 663, özəl ali təhsil müəssisələrində isə 2 min 579-dur.