adalet.az header logo
  • Bakı 9°C
  • USD 1.7
20 Avqust 2017 17:03
5647
SAĞLAMLIQ
A- A+

Səpkilərdən azad olmağın möcüzəvi yolu

Səpkilər bütün qadınların qorxusuna çevrilib. Gündəlik kremlər, təbii reseptlər və başqa yollar vasitəsilə çarə tapmamış ola bilərik. Ancaq verəcəyimiz bu reseptlə keçici də olsa, görünüşümüzü qüsursuzlaşdıra bilərik.

Adalet.az qaynarinfo.az-a istinadən makiyaj vasitəsilə səpkiləri görünməz etməyin yollarını sizinlə paylaşacaq. Səpkilərdən, ləkələrdən, qara nöqtələrdən şikayət edən xanımlar üçün ən asan yol makiyaj hiylələridir. Bu asan yol üçün lazım olan bəzi ləvazimatlar və üsullar var.

Dərinizi nəmləndirmək

Üzdəki qüsurları makiyajla gizlətmədən öncə dərini nəmləndirmək və təmizləmək lazımdır. Bunun üçün əvvəlcə üzünüzü su ilə yuyun və bunun ardından pilinq və ya hər hansı qidalandırıcı maska ilə nəmləndirin.

Dəri rənginizə uyğun tonal krem seçin

Nəmləndirmənin ardından tonal kremi üzünüzə çəkin. Qeyd edək ki, dərinizdən 1-2 ton tünd tonal kremə də ehtiyacınız olacaq. Əvvəlcə açıq rəngli kremi fırça ilə üzünüzün hər yerinə çəkin. Daha sonra nisbətən tünd rəngli kremi səpkilər və ya ləkələr olan yerə çəkin. Bu zaman da makiyaj fırçasından istifadə etmək lazımdır. Bütün bunlardan sonra kirşan yardımı ilə dərinizdəki kremi üzünüzə yedirin. Bütün bu sadaladıqlarımızdan sonra digər makiyaj ləvazimatlarfınızdan da istifadə edib qüsursuz görünüşü əldə edə bilərsiniz. Onu da deyək ki, qüsurlu dəriniz varsa, diqqəti gözlərinizə vermənizi məsləhət görərik. Bu yolla gözlərinizin gözəlliyi diqqəti gözlərinizdə toplamanıza səbəb olacaq.