adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
19 Avqust 2017 21:46
3994
HADİSƏ
A- A+

Kanala düşən maşının sürücüsü ölüb

Bu gün Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Ağdaş rayonu, Hüşün kəndində "Chevrolet” markalı minik avtomobili Yuxarı Şirvan su kanalına düşüb.

Adalet.az-ın FHN-in saytına istinadən verdiyi xəbərə görə, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunaraq 1973-cü il təvəllüdlü Paşayev Tərlan Əflatun oğlunun cəsədini sudan çıxarıblar. Onun meyiti aidiyyəti üzrə təhvil verilib.