adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
19 Avqust 2017 15:39
13542
DÜNYA
A- A+

Livan İŞİD-ə qarşı müharibə elan etdi

Livan ordusu Suriya sərhəddində İŞİD terror təşkilatına qarşı hücuma hazırlaşır.

Adalet.az "Reuters” agentliyinə istinadən bildirir ki, Livan silahlı qüvvələri Raas-Baalbek yaşayış məntəqəsi yaxınlığında İŞİD-ə ağır zərbələr vuracaq. Terrorçulara qarşı hücumda raketlərdən, ağır artilleriya və hərbi helikopterlərdən istifadə ediləcək.

Livan hökuməti çərşənbə günü hərbi əməliyyatın hazırlanmasına dair qərar qəbul edib.

Qeyd edək ki, Livan ordusu son iki həftə ərzində terrorçuarın mövqelərinə ağır zərbələr endirib. Hərbi ekspertlərin fikirincə, bu cür əməliyyatlar Livanın ərazilərini terrorçulardan təmizləmək üçün böyük prosesin başlanğıcıdır.