adalet.az header logo
  • Bakı 19°C
19 Avqust 2017 14:57
13192
DÜNYA
A- A+

Bu ölkədə spirtli içki satışı qadağan olundu

Türkmənistanda spirtli içkilərin satışı qadağan olunub.

Adalet.az xarici KİV-ə istinadən xəbər verir ki, artıq bir çox yerlərdə spirtli içkilərin satıldığı mağazalar bağlanıb.

Məlumata görə, qadağa oktyabr ayınadək davam edəcək. Bu barədə rəsmi məlumat olmasa da, yerli sakinlər faktı təsdiqləyiblər.

Bildirilib ki, spirtli içkilərin satışı Aşqabadda keçiriləcək V Asiya Oyunlarına görə qadağan olunub.

Qeyd edək ki, Asiya Oyunları sentyabrın 17-dən 27-dək keçiriləcək. Ölkədə bütün dövlət qurumları gücləndirilmiş iş rejiminə keçib.