adalet.az header logo
  • Bakı 17°C
19 Avqust 2017 12:18
11193
DÜNYA
A- A+

Leysan nəticəsində 10 nəfər ölüb

Çinin Quansi Cuan muxtar rayonunda davam edən leysan yağışları nəticəsində 10 nəfər həyatını itirib.

TASS-ın verdiyi xəbərə görə, 11 mindən çox insan təhlükəli ərazilərdən təxliyə olunub. Təbii fəlakət nəticəsində 192 min nəfərin əmlakına ziyan dəyib, bir sıra yaşayış məntəqələrində avtomobil yolları dağılıb, elektrik enerjisi və rabitə əlaqəsi kəsilib.

Yaxın bir neçə gün ərzində yağıntılı hava şəraitinin davam edəcəyi proqnozlaşdırılır.