adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
19 Avqust 2017 11:39
15673
KRİMİNAL
A- A+

Maşından 5200 ədəd siqaret tapıldı

Dövlət Gömrük Komitəsi (DGK) Tovuz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında idarənin "Sınıq Körpü" gömrük postunun idxal nəzarəti zonasına Gürcüstan istiqamətindən daxil olan Azərbaycan vətəndaşının idarə etdiyi "Ford Transit" markalı nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib.

Adalet.az DGK-ya istinadən xəbər verir ki, yoxlama zamanı nəqliyyat vasitəsinin salonundan gömrük nəzarətindən gizlədilən və aksiz markası olmayan 5200 ədəd "Winston" markalı siqaretlər aşkar edilib. Faktla bağlı araşdırma aparılır.