adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
19 Avqust 2017 11:25
5208
İDMAN
A- A+

Bu klubun bütün üzvləri istefa etdi

Təbrizin "Maşınsazi” komandasının bütün üzvləri klubun yeni sahibi ilə müqaviləni ləğv edib.

Adalet.az xəbər verir ki, buna "Maşınsazi”nin üzvləri ilə klubun yeni sahibi Şəriətzadə arasında keçirilən iclasda qərar verilib.

İclasdan sonra klubun oyunçuları, texniki heyəti və digər üzvləri Təbriz klubundan ayrılıblar. Şəriətzadə həmçinin 3 gün öncə maliyyə sıxıntılarına görə istefa verdiyini açıqlayan klubun icraçı direktoru Hüseyn Xətibinin də istefasını qəbul edib.

Qeyd edək ki, Təbriz Bələdiyyəsinin sponsorluq etdiyi "Maşınsazi” komandası ötən mövsümdə Super Liqada yaxşı nəticə əldə edə bilmədiyi üçün birinci dəstəyə düşmüşdü. Bundan sonra kluba sahiblik edən Şəriətzadə bir müddət əvvəl bildirmişdi ki, birinci dəstədə komanda saxlamaq niyyətində deyil, hər kəs klubdan ayrılmaq istəsə, müqaviləsini ləğv edə bilər.