adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
18 Avqust 2017 23:00
22016
MARAQLI
A- A+

Yer kürəsinə tarixin ən böyük asteroidi yaxınlaşır

Sentyabr ayında Yer kürəsi yaxınlığından NASA-nın müşahidə apardığı tarixdə ən böyük asteroid keçəcək.

Adalet.az RİA Novosti-yə istinadən xəbərinə görə, NASA-nın məlumatına əsasən, diametri 4,4 kilometr olan "Florence” asteroidi 1 sentyabr 2017-ci il tarixdə Yer kürəsinə yeddi milyon kilometr məsafədə yaxınlaşacaq.

"Bəzi asteroidlər Yerə "Florence”dən daha yaxın məsafədə yaxınlaşıblar, lakin onların hamısının ölçüləri kiçik olub. "Florence” — NASA-nın səma cismlərinin aşkar edilməsi və izlənilməsi layihəsi çərçivəsində Yer kürəsinə yaxınlaşacaq ən böyük asteroid olacaq”, - NASA-nın Pasadenadakı nümayəndəsi Pol Xodas deyib.

Ekspertlər əmin edirlər ki, asteroidin Yerə yaxınlaşması təhlükəli deyil.