adalet.az header logo
  • Bakı 9°C
  • USD 1.7
18 Avqust 2017 21:53
13153
DÜNYA
A- A+

Barselona terroru ilə bağlı növbəti açıqlama

Barselonada terror hücumu həyata keçirən şəxsin Kambrlisdə öldürülən 5 terrorçudan biri olma ehtimalı var.

Adalet.az xəbər verir ki, bu barədə İspaniya polisinin yaydığı məlumatda deyilib.

Terrorçunun əvvəlcə bomba yüklənmiş avtomobillə partlayış törətmək istədiyi bildirilib.

Qeyd edək ki, Barselonada 13 nəfərin ölümü ilə nəticələnən terror hücumundan sonra Kambrlis şəhərində də ikinci qanlı təxribatı törətmək istəyən 5 terrorçu məhv edilmişdi.