adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
18 Avqust 2017 17:53
25289
KRİMİNAL
A- A+

22 yaşlı azərbaycanlı beynəlxalq axtarışa verildi

Azərbaycanda dələduzluqda təqsirləndirilən 22 yaşlı şəxs İnterpol xətti ilə axtarışa verilib.

Trend-in məlumatına görə, 1995-ci il təvəllüdlü Qalib Babayev məhkəmə istintaqından yayınıb.

Azərbaycanın məhkəmə orqanı Q.Babayev barəsində istintaqdan yayındığı üçün həbs qətimkan tədbiri seçib və onun axtarışa verilməsi barədə qərar çıxarıb.

Həmin qərar əsasında da İnterpol Q.Babayevi axtarışa verib.