adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
18 Avqust 2017 17:02
14639
MƏDƏNİYYƏT
A- A+

ADO teatrı Fransadakı festivalda

Azərbaycanın müstəqil teatrı olan ADO Fransanın Oriak şəhərində baş tutacaq küçə teatrı festivalına qatılacaq.

Bu barədə teatrın bədii rəhbəri Elmin Bədəlov məlumat verib. Onun sözlərinə görə, Fransanın Oriak şəhərində keçiriləcək "Oriak küçə teatrları festivalı 2017” adlı festivaldan ADO-ya dəvət gəlib: "Teatrımız bu il bir neçə beynəlxalq səfərdə olub. Biz"Hamam” performansı ilə festivala qatılacağıq”.

Bundan əvvəl də bir neçə beynəlxalq festivallarda iştirak edən ADO budəfəki festivala "Hamam” performansı ilə qatılacaq. Qeyd edək ki, adıçəkilən performansın quruluşçu rejissoru və müəllifi teatrın qurucusu Elmin Bədəlov, aktrisası Elsa Furtadodur.

ADO-nun festivalda çıxışı 4 gün – 23, 24, 25 və 26 avqustda baş tutacaq.

Xatırladaq ki, teatr 2015-ci ildə də adıçəkilən festivala qatılmışdı.