adalet.az header logo
  • Bakı 8°C
  • USD 1.7
18 Avqust 2017 16:39
27026
MARAQLI
A- A+

Yeltsinin limuzini 19 milyona satılır - FOTO

Rusiyanın birinci prezidenti Boris Yeltsinin istifadə etdiyi "Mercedes-Benz" S-Class (W140) markalı limuzin Sankt-Peterburqda satışa çıxarılıb.

Adalet.az xəbər verir ki, bu barədə Avto.ru saytında elan yer alıb.

Yeltsinin xidməti maşını 19 milyon rubla müştərilərə təklif olunub. Bildirilib ki, maşının buraxılışı 1994-cü ildir. Mühərrikin gücü 320 at gücünə bərabərdir. Maşın əla vəziyyətdədir, təmirə ehtiyac yoxdur. Qeyd olunub ki, həmin maşında Yeltsin rəsmi və qeyri-rəsmi görüşlərə gedirmiş.

Xatırladaq ki, Almaniya kansleri Helmut Kolun Yeltsinə hədiyyə etdiyi zirehli maşın 34 milyon rubla satılıb.