adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
18 Avqust 2017 16:15
7959
İDMAN
A- A+

“Traktor” Tehran komandasına qalib gəldi

Təbrizin çətin günlər yaşayan "Traktor” futbol komandası İran liqasında Tehranın "Neft” klubu ilə qarşılaşıb.

Adalet.az xəbər verir ki, "Səhənd” stadionunda keçirilən oyun Azərbaycan klubunun 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Oyunda hesabı 21-ci dəqiqədə "Traktor”un oyunçusu Məhəmməd İranpuryan açıb. Hamid Ağayi 82-ci dəqiqədə hesabı bərabərləşdirib. "Traktor”a qələbə qazandıran qolu oyunun son dəqiqələrində Məhəmməd İranpuryan vurub. Bununla da Azərbaycan komandası yeni mövsümdə ilk qələbəsini qazanıb.

Qeyd edək ki, "Traktor” komandası son vaxtlar maliyyə və transfer böhranına görə çətin günlər yaşayır.