adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
18 Avqust 2017 15:24
2804
HADİSƏ
A- A+

FHN daha bir şəxsi xilas etdi

Suraxanıda dənizdə batmaq təhlükəsində olan şəxs xilas edilib.

Fövqəladə Hallar Nazirliyindən Adalet.az-a verilən məlumata görə, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinə Bakı şəhəri, Suraxanı rayonunda 1 nəfərin dənizdə çimərkən batmaq təhlükəsi ilə üzləşməsi barədə məlumat daxil olub.

Xidmətin xilasediciləri vətəndaşı sudan çıxarıb və aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat saat 13:30-da başa çatıb.