adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7

MÜBARƏK ÖLÜM

FAİQ QİSMƏTOĞLU
65050 | 2017-08-18 12:53

… Kimə desən ki,«ölümün mübarək!», o sənin abrını ətəyinə bükər və dişinin dibindən çıxanları üstünəyağdırar. Tək-tük adam bəlkə bu sözü eşidəndə onu sakit qarşılayar və düşünər ki,onsuz da gec-tez hamı bu yolu keçməlidir. Necə olur ki, birinə deyirik: «ad gününmübarək!» xoşu gəlir, birinə deyirik «toyun mübarək!», onun da xoşu gəlir, birinədə deyirik ki, «evin mübarək!» bu da ona ləzzət eləyir. Bəs onda nə üçün «ölümün mübarək!» kəlməsinə çoxumuz dodaqbüzür və hətta bu sözü kimsə bizə deyirsə, onu qınayarıq?!

… İnsan heç vaxtölmür. Təəssüf ki, bunu hamımız anlaya və başa düşə bilmirik. Biz onu da başa düşəbilmirik ki, ümumiyyətlə, dünyada heç bir şey itmir. Yəni insan da bu dünyada yaşayırvə sonra da Allahın dərgahına qovuşur. Fizikada belə bir qanun var: «Enerjinin itməməsi».Bu qanuna əsasən heç nə itmir və heç nə məhv olmur. Hər hansı bir şey bir formadanbaşqa bir formaya çevrilir. Və biz də Allahın dərgahına qovuşanda sadəcə olaraqbu fani dünyadan əbədi dünyaya köç edirik...

Bəlkədə bu yazımı oxuyanlar elə fikirləşərlər ki, mən din adamıyam. Düzdür, mən din adamıdeyiləm, ancaq Allahın göndərdiyi 4 müqəddəs kitabdan : «Tövrat»dan, «İncil»dən,«Zəbur»dan və «Qurani-Kərim»dən az-çox xəbərim var. Az-çox ona görə deyirəm ki,bu gün başı çıxdı-çıxmadı, çoxları dindən, ilahiyyətdən və bilmədiyi mövzulardan söhbət açırlar. Ağızlarına gələnləri danışırlar,amma onların danışıqlarının içində bir kəlmə də işıqlı və nurlu söz yoxdu…

Bizimən böyük bəlamız ondan ibarətdir ki, dini təbliğ edənlərin çoxu savadsız, cahil,nadan insanlardır. Mən dəfələrlə bir şeyin şahidi olmuşam ki, yas məclisini aparanbir çox mollanı görəndə onun danışığını eşidib ayağımın altından az qala yel qaçıb. Çünki o mollanın yağlı plov yeməkdən savayı heçnədən xəbəri olmayıb. Yas məclislərində o qədər plov, yağlı ət yeyib ki, boynu piybağlayıb. Boynuna baxırsan, sifətinə diqqət yetirirsən, görürsən ki, bu mollanıninsanlıqdan xəbəri belə yoxdur. Allahı sevən və dini təbliğ edən adam heç vaxt deməzki, yas məclisini 200-300 manat aparıram. Allahı sevən və Allahı tanıyan adam deməzki, mənə filan qədər pul verməlisən… Əgərvermirsənsə, gəlib məclisini aparmayacam…

Bax, bizim bəlamızda elə burdadı. Qəbirsitanlığa gedirsən, görürsən ki, adını, soyadını ərəbcə düzgünoxumayan adam «Yasin» surəsi oxuyur. Yaxud da dələduz bir molla deyir ki, 50 manatver, gəlim evində atana bir «Quran» oxuyum. Başa düşmək olmur, «Quran»a kim qiymətqoyub? Allahdan qorxan və Allahı sevən din xadimi «Yasin» və «Quran» oxumaq üçün kimdənsə bir ətək pul istəməz…

İndi qayıdaq ölümdənsonrakı həyata. Bu barədə hər dörd müqəddəs kitabda xüsusi ayələr var. Və hər dördmüqəddəs kitabda insanlara bildirilir ki, bu dünya fani dünyadır. Əsas odur ki,əbədi dünya üçün özünə bir gün ağlayasan. Yəni yaxşı işlər görüb savab qazanasan.Bu yaxşı işləri görüb savab qazanmaq isə hər adama qismət olan deyil...

Böyük şair MəmmədAraz deyir: «Dünya sənin, dünya mənim, dünya heç kimin». Bax, budur bu dünyanınfaniliyi. Yəni nə qədər əlləşsən də, vuruşsan da, varın-dövlətin başından aşsa dagünlərin bir günündə mütləq rəhmətə gedəcəksən. Bəs səndən bu dünyada nə qalacaq?!Çünki o var-dövlətdən, o qızıl-gümüşdən, o pullardan o biri dünyaya heç nə aparmaqmümkün olmayacaq. Bu dünyada səni nə o var-dövlət yaşadacaq, nə oğul-uşaq, nə dəqiyməti milyonlara dəyən bahalı villalar. Səni olsa-olsa yaşadan yaxşı və xeyirxahəməllərin olacaq. Və yaxşı və xeyirxah əməllərin varsa, dünyada izin qalacaq. Sənolmayanda deyəcəklər ki, bax, o adam Allahı sevən, Allahdan qorxan və insanlaraəl tutan adamıydı. Əgər iz qomamısansa, mərdimazarlıq eləmisənsə, kimlərinsə eviniyıxmısansa, çörəyini əlindən almısansa, balalarını yetim qoymusansa və haqqını yemisənsəbax, onda sənin günahların çox ağır olacaq!

Adam var ki, həran, hər dəqiqə ölümünü çox böyük sevgiylə gözləyir. Çünki o insanların qəlbindəböyük Allah sevgisi var və o insanlar əməli salehdilər. Adam da var ki, ölümü haqqındadüşünəndə az qala qorxusundan ürəyi partlaya. Başqa cür da ola bilməz. Çünki bucür adamlar yaşadığı müddətdə ancaq şeytana xidmət ediblər: ev yıxıblar, baş kəsiblər,kiminsə çörəyini əlindən alıblar və hətta namuslu, qeyrətli adamlara şər-böhtandeyiblər. Bax, belələri hər dəqiqə, hər an ölümdən it kimi qorxurlar. Bax, belələriheç qorxularından ölümü də yada salmaq istəmirlər… bax, belələri ölüm yada düşməməkləyanaşı atasını, anasını da unudurlar… çünki bax belələri ömrü boyu var-dövlət, pulhaqqında düşünüblər və onu da qazanıblar. Ölüm anı gələndə isə hiss edirlər ki,onlara nə var-dövlət kömək edir, nə də bu dünyada qoyduqlar qiyməti milyonlara dəyən mənzilləri…

… Heç belələri qəbiristanlığada getməyə qorxurlar. Qorxurlar ki, qəbiristanlığa gedərlər ölümləri yadlarına düşər…qorxurlar ki, qəbiristanlıqda ürəkləri yumuşalar, Allahdan qorxarlar və yanına gələnimkansız adamdan az pul alarlar… qorxurlar ki, birdən qəbiristanlığın xofu onlarıbasar və bu qorxudan da ürəkləri partlayar…

Allah sevgisi, Allahməhəbbəti, Allah qorxusu olanda insan daha işıqlı və daha nurlu ömür sürür. Və insanın yaşa dolduqca onun əməlləri zaman-zaman sifətinə,çöhrəsinə çıxır. Yaxşı insanların sifətində, çöhrəsində nur görünür, zalım və zülmkarlarınisə sifətində şeytan hiss olunur. Axı şeytanlaşeytanabənzər insanlar bir-birlərini çox yaxşı başa düşürlər…

Biri deyir ki, ölümgözlə-qaş arasındadır. Biri də deyir ki, yox, ölüm ondan da insana yaxındır. Çünki ölüm elə birandır ki, vaxt tamam olanda, məqam yetişəndə Allahın mələyi olan Əzrayıl gəlib yapışırsənin sinəndən. Nə illah eləyərsən, yalvararsan faydası olmaz! Çünki Allah-Təaladan yazılan əmr onun bildiyi andada bitməlidir. Əməli-saleh insanlar dünyasını çox rahatlıqla, çox asanlıqla dəyişirlər.Zülmkar, əzab verən adamlarsa bu anları ağır və məşəqqətli keçirirlər. Dəfələrləmən belə məqamların şahidi olmuşam. Görmüşəm ki, çox bir ədazıl, zülmkar insan həftələrlə,aylarla ağrıdan uluya-uluya qalıb. Canavar necə uluyubsa, o da elə ulayıb. Ammaəməli-saleh insan bir saniyənin, bir dəqiqənin içində Allahın dərgahına qovuşub…

O adam xoşbəxtdirki, hər an, hər dəqiqə ölümünü yada salır, xatırlayır. Daha doğrusu, mübarək ölümügözləyir. Kim mübarək ölümü gözləyirsə, o ölüm də gəlib onu asanlıqla tapacaq. Kimdə bu mübarək ölümdən qaçırsa, canını qurtarmaq istəyirsə, faydası yoxdur. Allah-Təalanıngöndərdiyi mələk gəlib onun harda olsa canını alacaq. Mübarək ölümdən qorxmaq olmaz!Ona deyilməlidir: «Xoş gəlmisən mübarək ölüm!»…


TƏQVİM / ARXİV