adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
18 Avqust 2017 12:34
6911
İDMAN
A- A+

Bakıda küveytli hakimlərin toplanışı olacaq

Küveyt Futbol Assosiasiyası hakimlərin Bakıda təlim-məşq toplanışı keçməsinə şərait yaradılması lə bağlı Azərbaycan Futbol Federasiyaları Assosiasiyasına müraciət edib.

Adalet.az AFFA-ya istinadən məlumat verir ki, müraciət əsasında avqustun 18-dən sentyabrın 6-dək Bakı Olimpiya Stadionunda küveytli hakimlərin toplanışı keçiriləcək.

Yerli fiziki hazırlıq məşqçisi tərəfindən aparılacaq məşqlərdən sonra test keçirilərək sertifikatlaşdırılacaq.