adalet.az header logo
  • Bakı 19°C
18 Avqust 2017 11:49
14534
DÜNYA
A- A+

Türkiyədən əməliyyat: Maoçular özlərini partlatdı

Türkiyə əsgərinin Tunceli vilayətində Maoçu Kommunist Partiyasının silahlı üzvlərinə qarşı keçirdiyi əməliyyat zamanı yaşadıqları evdə pusquya düşən terrorçular özlərini partladıb.

Adalet.az xəbər verir ki, "təslim ol” çağırışına rəğmən evin vanna otağına girən terrorçular əl bombasını işə salaraq partlayış törədiblər.

Hadisə nəticəsində terror təşkilatının üzvü olan 1 qadın və 1 kişi həlak olub. Evdə aparılan axtarışlar zamanı 1 kalaşnikov avtomatı, 3 əl bombası tapılıb.