Türkiyədə ağır yol qəzası: 7 ölü, 20-dən çox yaralı
Türkiyənin Sakarya vilayətində ağır yol-nəqliyyat hadisəsi baş verib.
Qəza nəticəsində 7 nəfər ölüb, 20-dən çox şəxs xəsarət alıb.
Məlumata əsasən, işçiləri aparan traktor aşaraq dərəyə yuvarlanıb.
Ölənlərin sayının artacağı istisna olunmur.
Yaralılar xəstəxanalara yerləşdirilib.