adalet.az header logo
  • Bakı 18°C
17 Avqust 2017 22:30
5761
GÜNDƏM
A- A+

KÜRDƏMİR: İNKİŞAFIN TƏNTƏNƏSİ

(əvvəli ötən sayımızda)

Kənd təsərrüfatını inkişaf etdirmək və yüksək məhsuldarlığa nail olunmasında meliorasiya və suvarma sistemləri mühüm rol oynayır. Torpaqların su təminatının yaxşılaşdırılması sahəsində işlər görülür. Bu ilin birinci yarısında 773 km kanal və 80 km dren şəbəkəsi lildən təmizlənmiş, 96 hidrotexniki qurğu, 9 nasos kompleksi, 2,6 km beton və latok kanallar əsaslı təmir olunmuşdur.
Əkin dövriyyəsinə qatılmış yeni torpaqların 3050 hektarının meliorasiya olunması üçün layihə hazırlanmış və işin başlanması bu il nəzərdə tutulmuşdur.
Rayonda heyvandarlığın və quşçuluğun inkişaf etdirilməsi sahəsində məqsədyönlü işlər görülür. Hazırda iri buynuzlu mal qaranın sayı 65,0 min başa, qoyun keçilərin sayı 133,2 min başa çatmış, heyvandarlıq məhsulları istehsalının dinamik artımına nail olunmuş, bu ilin birinci yarımilliyində ötən ilin müvafiq dövrü ilə müqayisədə süd istehsalı 0,2 %, yumurta istehsalı 0,1 faiz, yun istehsalı 1,5 % artmışdır.
Rayonda məhsuldar cins heyvanların çoxaldılması tədbirləri davam etdirilir. Əvvəllər lizinq yolu ilə alınmış 217 baş cins düyə artırılaraq 650 başa çatdırılmışdır. Rayonda bu ilin birinci yarımilliyində 1015 baş mal süni mayalandırılmış, 439 baş cinsi yaxşılaşdırılmış bala alınmışdır. Cins heyvanların yüksək texnologiya ilə saxlanması təmin edilmişdir.
Rayondakı "Kürdəmir Broyler" ATSC-nın fəaliyyəti genişləndirilmiş, damazlıq ana quşların sayı 15127 başa çatdırılmış, quş əti və yumurta istehsalı artırılmışdır. Yarımillikdə 594 min ədəd yumurta istehsal olunmuşdur.
Əhalinin elektrik enerjisi, təbii qaz və içməli su ilə təminatının yaxşılaşdırılması rayon İcra Hakimiyyətinin daim diqqət mərkəzində olmuşdur.
Rayonun elektirik enerjisi təchizatının yaxşılaşdırılması sahəsində 2017-ci ilin birinci yarımilliyində əhalinin elektrik enerjisinə olan tələbatını ödəmək məqsədi ilə 10 kv-luq hava xəttində 30,3 km naqil çəkilmiş, 125 ədəd dayaq əkilmiş və 141 ədəd izolyator dəyişdirilmişdir. 0,4 kv-luq hava xəttində isə 54,9 km SİP kabel çəkilmiş, 2460 ədəd dayaq əkilmidir.
10 kv-luq elektrik verilişi xətlərinin 4,9 km-i və 04 kv-luq elektrik verilişi xətlərinin 5,1 km-i cari təmir olunmuş, 4 ədəd transformator əsaslı və 63 ədəd transformator cari təmir olunmuş, 6 ədəd yeni transformator quraşdırılmış, 2584 ədəd 1 fazalı sayğac dəyişdirilmişdir.
Dövlət Proqramına uyğun olaraq "Azəriqaz" İstehsalat Birliyinin Kürdəmir Xidmət Sahəsi tərəfindən 2017-ci ilin 6 ayında qaz təchizatı sahəsində işlər yerinə yetirilmiş, əhalinin və rayon iqtisadiyyatının təbii qaz yanacağı ilə təminatının yaxşılaşdırılması istiqamətində nəzərdə tutulan əsas tədbirlər həyata keçirilmişdir.
2017-ci ilin birinci yarımilliyində xidmət sahəsi qaz təchizatı mənbələrindən 21,3 milyon m3 təbii qaz almış, xidmət sahəsinin müxtəlif yerlərində olan qaz sızmaları 2176 dəfə vaxtında aradan qaldırılaraq qaz itkilərinin qarşısı alınmışdır.
Müxtəlif diametrli 670 p/m qaz xətti təmir olunmuş, xidmət sahəsində olan 112 ədəd qaz tənzimləyicilərinə və 820 ədəd siyirtmələrə hər ay texniki xidmət göstərilmişdir.
Rayonun Mürtülü və Şahbəyli kəndlərində 2 ədəd, Dəyirmanlı kəndində 6 ədəd qaz tənzimləyici şkaf quraşdırılmışdır.
Dövlət proqlamına uyğun olaraq 2017-ci ilin birinci yarımilliyində Kürdəmir Su Kanal idarəsi tərəfindən bir sıra işlər həyata keçirilmişdir. Sıradan çıxmış smart elektron tipli su sayğaclarının 110 ədədinin bir hissəsi mexaniki sayğaclar vasitəsi ilə dəyişdirilərək su itkisinin qarşısı alınmışdır.
2017-ci ilin birinci yarımilliyində şəhərə gələn mərkəzi su xəttində diametri 500 mm-lik siyirtmə yenisi ilə əvəz olunmuş, diametri 315 mm-lik su xəttinin 7 və 24-cü kilometrlərində təmir işləri görülmüşdür. Şəhərin küçə xətlərində 33 ədəd su partlağı təmir edilərək su axıntısının qarşısı alınmışdır.
Şəhərin cənub hissəsində çirkab sularının axıdılması məqsədi ilə diametri 315 mm olan polietilen boru vasitəsi ilə 60 p/m yeni xətt çəkilmiş və 1 baxış quyusu qoyulmuşdur. 2017-ci birinci yarımilliyində 24147 nəfər əhaliyə su və kanalizasiya xidməti göstərilmiş, 212480 manat su pulu yığılmışdır.
Azərbaycan Respublikası Prezidentinin 24 fevral 2017-ci il tarixli 2693 nömrəli Sərəncamına əsasən rayonun Qoçulu, Bağman, Garıs-Əyribənd və Axtaçı-Qarabucaq kəndlərində Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin xətti ilə modul tipli su təmizləyici qurğuların quraşdırılması və Azərbaycan Respublikası Prezidentinin 17 mart 2017-ci il tarixli 2754 nömrəli Sərəncamına əsasən isə rayonun Qarabucaq qəsəbəsində, Qarabucaq, Qurdbayram, Ucarlı, Cəyli, Dəyirmanlı, Mürtülü, Qaraqocalı, Qağacılı, Şıxımlı, Topalhəsənli, Bala Kəngərli və Şahsevən kəndlərində "Azərsu" Açıq Səhmdar Cəmiyyətinin xətti ilə içməli su təchizatı sistemlərinin qurulması planlaşdırılmışdır.
Hazırda rayonun Qoçulu, Bağman, Garıs-Əyribənd və Axtaçı-Qarabucaq kəndlərində modul tipli su təmizləyici qurğuların quraşdırılması ilə əlaqədar layihə-smeta sənədləri hazırlanmış, aidiyyatı bələdiyyə orqanlarının qərarı ilə ərazidə modul tipli su təmizləyici qurğuların quraşdırılmasına torpaq sahələri ayrılmış, bələdiyyə orqanları tərəfindən ayrılmış torpaq sahələrində modul tipli su təmizləyici qurğuların quraşdırılmasına icazə verilməsinə dair rayon İcra Hakimiyyəti Başçısının sərəncamları təsdiq edilmişdir.
"Azərsu" Açıq Səhmdar Cəmiyyətinin xətti ilə içməli su təchizatı sistemlərinin qurulması işlərinə başlanılmış, rayonun Topalhəsənli, Qaraqocalı, Şahsevən və Şıxımlı kəndlərində su xətləri çəkilmiş, hazırda son tamamlama işləri aparılır. Dəyirmanlı və Qağacılı kəndlərində isə su xətlərinin çəkilişinə başlanılmışdır.
Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramına uyğun olaraq 2017-ci ilin 6 ayı ərzində rayonda tikinti-quraşdırma, yenidənqurma və abadlıq işləri yerinə yetirilmişdir. Rayonun Axtaçı-Qarabucaq kəndində 132 şagird yerlik tam orta məktəbin tikintisinə başlanılmış, tədris korpusunda hörgü işləri tamamlanmış, monolit dəmir-beton tavaları tökülmüş, istilik-izolyasiya qatı verilmiş, dam örtüyünün çat ayaqları və taxta şəbəkələri quraşdırılmış, metal-kirəmit formalı dəmir vərəqələrlə dam örtüyü vurulmuş, daxili və xarici divarları suvanmış, metal-plastik pəncərələr qoyulmuş, keramik plitələr düzülməsi üçün dəhlizlərdə hazırlıq işləri aparılmışdır.
Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 13 yanvar tarixli 2607 nömrəli Sərəncamına əsasən Respublika Təhsil Nazirliyinə ayrılmış vəsait hesabına rayonun Çöl Ərəb kəndində 96, Çərtəyəz kəndində 56, Qurdlar kəndində 40 şagird yerlik ümumi orta, Yeni Şıxımlı və Pirəköcə kəndlərində isə 40 şagird yerlik ibtidai modul tipli məktəbin quraşdırılması nəzərdə tutulmuş, Yeni Şıxımlı kəndində 40 şagird yerlik ibtidai modul tipli məktəbin quraşdırılması işi başa çatdırılmış, lazımi avadanlıqlarla təmin edilmişdir. Azərbaycan Respublikası Prezidentinin tapşırığına əsasən əhalinin məşğulluğunun artırılması məqsədi ilə 2017-ci ilin dövlət büdcəsindən Kürdəmir rayon İcra Hakimiyyətinə şəhərin 10 çöxmənzilli ictimai yaşayış binalarının təmiri işlərinə ayrılmış vəsait hesabına hazırda şəhərin Koroğlu küçəsində yerləşən 55, 55A, 57, 59, 61 və Aran qəsəbəsi 21 saylı ünvanda yerləşən çöxmənzilli ictimai yaşayış binalarında 6360 m2 dam örtüyü dəyişdirilmiş, 2520 m2 sahədə xarici divarlarda, 1500 m2 daxili pilləkən qəfəsəsi divarlarında suvaq işləri aparılmış, 54 m2 dəmir qapı quraşdırılmış, pilləkən meydançalarına 135 m2 sahədə keramika plitələri döşənmişdir.
"MKT İK" MMC tərəfindən rayonun Sor-Sor kəndi ərazisində 10 hektar sahədə, Kənd Təsərrüfatı Nazirliyinin xətti ilə isə rayonun Qarabucaq qəsəbəsi ərazisində 6 hektar sahədə pambıq qəbulu məntəqələrinin tikintisi aparılır.
Rayonda təhsil, səhiyyə və mədəniyyət sahələrinin inkişaf etdirilməsi, mövcud problemlərin aradan qaldırılması ilə əlaqədar müvafiq tədbirlərin həyata keçirilməsi diqqət mərkəzində olmuşdur.