adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
17 Avqust 2017 15:29
8856
MƏMLƏKƏT
A- A+

Layihəyə start verildi

Ailələrə Sosial Dəstək İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə "Yeniyetmələrin məcburi əməyə cəlb olunmasına qarşı mübarizə sahəsində maarifləndirilmə işinin təşkili” layihəsinin icrasına start verib.

Adalet.az-ın məlumatına görə, layihənin məqsədi yeniyetmələri insan alveri və məcburi əməyə qarşı mübarizə haqqında maarifləndirmək, onlara məcburi əməyin qanunla qadağan olunması və bunun həm iş fəaliyyətinə, həm də sağlamlığa vurduğu ziyan haqqında məlumatlandırmaq, dövlətimizin məcburi əməyə qarşı mübarizə istiqamətində gördüyü işlər və bunun qarşısının alınması üçün atılan addımlar barədə söhbətlər aparmaq, yeniyetmələri Azərbaycan qanunvericiliyində nəzərdə tutulmuş yaş həddi və əmək müqaviləsi haqqında məlumatlandırmaqdır.

Qeyd edək ki, layihə 3 ay müddətində Quba rauyonunda icra olunacaq.