adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
17 Avqust 2017 16:54
3624
HADİSƏ
A- A+

Qazaxda tövlə mal-qarayla birlikdə yanaraq kül oldu

Qazaxda tövlə yanıb, içindəki iribuynuzlu heyvan isə tələf olub.

Adalet.az ARB TV-yə istinadən xəbər verir ki, kosalar kəndində Tarzan Hüseynova məxsus təsərrüfatda yaranan qəfil alovun miqyası tezliklə böyüyüb.

Hadisə yerinə dərhal FHN-nin Qazax Rayon Yanğından Mühafizə Hissəsinin texnikası və canlı qüvvəsi cəlb olunub. Yanğın söndürülsə də, tövləyə ciddi ziyan dəyib. Bir baş iribuynuzlu tüstüdən boğularaq tələf olub. Həmçinin yaxınlıqdakı 5 ton ot bağlaması yanaraq külə dönüb.

Hadisənin səbəbləri araşdırılır.